Ermənistanın Azərbaycana təcavüzü: Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq hüquq və diplomatik fəaliyyət

Çarizmin apardığı işğalçı müharibələr nəticəsində XIX əsrin 20-30-cu illərindən etibarən Cənubi Qafqaza kö­çü­­rülərək yerləşdirilmiş ermənilər bir müddət sonra silahlı dəstələrini yaradaraq azər­bay­can­lı­la­rı təh­did etməyə, böhranlı anlarda onlara qarşı kütləvi qırğınları həyata keçirməyə başla­dılar. 1918-ci ildə Cənubi Qafqazda heç bir zaman olmayan Ermənistan adlı bir dövlət elan edildi. Azərbaycanlılara qarşı terror və soyqırım Er­mə­nis­tanda dövlət siyasəti sə­viy­yə­sinə qal­dı­rıl­­dı. 1920-ci ildə Azərbaycan və Ermənistan bolşevik Rusiyası tərəfin­dən işğal edi­lib sovet­ləş­di­­rildikdən sonra da ermənilərin azər­bay­canlılara məxsus tor­paq­lara yerləş­di­ril­məsi, onların sıxışdırılması, Azərbaycan ərazi­lə­ri­nin Er­mə­nis­ta­na verilməsi siyasəti davam etdirildi.

XX əsrin 20-30-cu illərində ermənilərin Azərbaycan torpaqlarına yerləşdirilməsi və ərazilərin verilməsi

1920-ci il avqustun 5-də hazırlanmış arayışda Azərbaycanın Ermənistan ilə mübahisəsiz ərazisi belə göstərilirdi: sərhəd Qazax və Borçalı qəzalarının köhnə inzibati sərhədlərindən baş­la­yır, sonra Qazaxdan, Aleksandropoldan (Gümrü) və Yeni Bəyazitdən Maralıca dağlarına qədər, oradan birbaşa Göyçə gölünə enir, təxminən 11/2 verst şimala Çubuqlu kəndindən sonra Göyçə gölünü ikiyə bölür, onun cənub sahili ilə qərb istiqamətinə gedir, Göycə gölünün cənub sər­həd­dində sərhəd Zağalı və Gödək Bulaq kəndləri arasından başlayır, sonra Yarnızlı, Qızıl Vəng və Yuxarı Alçalı kəndlərinin yuxarısından Göyçə gölünün cənub sahillərinin dağlıq ra­yon­la­rından – Qızıl Harava (təxminən 1859) və Ağmahan yüksəkliklərindən keçir, qərbdə İrəvan və Yeni Bə­ya­zit qəzalarının sərhədlərindən Kiçik Ağdağa doğru gedir, müsəlmanların (azər­bay­can­lıların) yaşadığı dağlıq rayonları ermənilərin məskunlaşdığı kəndlərdən ayırır. Sonra sərhəd Kiçik Ağdağ dağlarından şimal-qərbə Toğmahan gölü istiqamətində Təzəkənd kəndinə doğru gedir, oradan Gərni çayı ilə Yuxarı Ağbaş kəndinə çatır və onun qarşısından şimala doğru 3620 yük­səkliyə qalxır, oradan cənub-qərbə Uluxanlıya gedir, Uluxanlı kəndi və Uluxanlı dəmiryolu stan­siyasının arasından keçərək Araz çayına qədər uzanır və şimalda Rəncbər kəndinə çatır, Rənc­bər kəndindən Araz çayınadək sərhəd birbaşa qərbə, Sürməli qəzası ilə Eçmiadzin və Kars vila­yətlərinin keçmiş inzibati sərhədləri ilə qovuşur və Təndürək dağlarına, keçmiş rus-türk sərhədinə doğru gedir.

Ermənistan sovetləşdirildikdən sonra da mərkəzi bolşevik ha­ki­miy­yə­ti çarizm dövründəki siyasəti davam etdirməyə, Azərbaycana məxsus tarixi əraziləri Ermənistana verməyə başladı. Bununla əlaqədar olaraq Azərbaycan SSR xalq ədliyyə komissarı Behbud Şahtaxtinski Rusiya Kommunist (bolşevik) Partiyası Mər­kə­zi Ko­mi­tə­sinə (RK (b) P MK) yazırdı ki, Zəngəzurda 123 min 95 nəfər azərbaycanlının, 99 min 257 nəfər erməninin yaşamasına baxma­ya­raq, 1920-ci il noyabrın 30-da Zəngəzur qəzasının qərb hissəsi Ermənistana verilmişdir. Bununla da Azər­bay­ca­nın Naxçıvan bölgəsi ilə, Türkiyənin isə türk dünyası ilə quru əlaqəsi kəsildi.

Sovet Ermənistanında yaşayan azərbaycanlılara qarşı yürüdülən siyasət Daşnaksütyunun ha­­kimiyyəti illərindəkindən o qədər də fərqlənmirdi. Sayca Azərbaycandakı ermənilərdən çox ol­ma­larına baxmayaraq, Ermənistanda tarixi ərazilərində yaşayan azərbaycanlılara mux­ta­riy­yət veril­mədi. Azərbaycanda isə ermənilər üçün muxtariyyət yaradıldı. Belə ki, RK (b) P MK Qafqaz bürosu plenumunun 1921-ci iyulun 5-də keçirilən iclasında Dağlıq Qarabağ məsələsi müzakirə edildi. Azər­baycanlılarla ermənilər arasında milli sülhün zəruriliyi, yuxarı və aran Qarabağın Azər­bay­can ilə iqtisadi əlaqəsi, daimi əlaqəsi nəzərə alaraq Dağlıq Qarabağ Azər­baycanın tər­ki­bin­də saxlanıldı.

Azərbaycan SSR 1922-ci ildə ZSFSR-ə qəbul olunanadək Yeni Bəyazid qə­za­sı­nın Basarkeçər bölgəsi Rusiya imperiyasının müəy­yənləşdirdiyi sərhədlərində və Şərur-Də­rə­lə­yəz qəzasının üçdə iki hissəsi artıq Ermənistana verilmişdi. ZSFSR-ə qəbul edil­dik­dən sonra isə Qazax qəzasının bir hissəsi, Cəbrayıl qəzasının və Naxçıvan Muxtar Sovet So­si­a­list Respublikasının bəzi kənd­­ləri Ermənistanın tərkibinə qatıldı. Beləliklə, 1918-1920-ci il­lər­də Azərbaycanın 113895, 97 kv.km ərazisindən sovet  dövründə yalnız 86,6 min kv.km qaldı.

Ermənistan Azərbaycan ərazilərinə yiyələnməklə yanaşı tarixi torpaqlarında yaşayan azər­­baycanlıların qovulmasını da davam etdirirdi. Ermənistan hökuməti əvvəlki illərdə tarixi torpaq­la­rın­dan qovulan azərbaycanlıların daimi yaşayış yer­lə­ri­nə qa­yıt­m­a­la­rı­na torpaq çatışmazlığı bə­ha­nə­si ilə qəti şəkildə etiraz edirdi. Belə ki, ZSFSR İttifaq Şurası yanında Qaçqınlar Daimi Ko­mis­si­ya­sının üzvü İsaakyan Zaqafqaziya Diyar Partiya Komitəsinin Rəyasət He­yə­tinə geri qayıtmaq istəyən azərbaycanlı qaçqınları yerləşdirmək üçün Ermənistanda bir qarış da torpaq olmadığını yazaraq qeyd edirdi ki, azərbaycanlı qaçqınların Zəngəzur qəzasına qay­ta­rıl­ması böh­ranlı vəziy­yət yaradar, buna görə də məsələni Azərbaycanın sərbəst torpaq fondu he­sabına həll etmək olar. Zəngəzurdan qovulmuş azərbaycanlı qaçqınların Azərbaycan SSR-in Qubadlı ra­yonundan geri qaytarılaraq daimi yaşayış yerlərinə yerləş­di­ril­mə­sinə yerli ha­kimiyyət or­qan­larının mane olmasına dair məsələ hətta ZSFSR İt­ti­faq Şurası yanında Qaç­qın­lar Komis­si­ya­sının 1922-ci il iyunun 12-də (protokol № 17) və iyulun 9-da ke­çi­rilən iclaslarında (protokol № 18) müzakirə edildi. Qəbul edilən qərarda deyilirdi: “Ermə­nis­tan SSR-də sərbəst torpaq fondu ol­ma­dı­ğı üçün Ermənistan SSR-dən olan və hazırda Azər­bay­can SSR Naxçıvan di­ya­rı ərazisində olan 28 min nəfər müsəlman (azər­bay­can­lı – M.Q.) qaçqını yerləşdirmək Azər­bay­­can SSR hö­ku­mə­tinə tövsiyə olunsun”. Beləliklə, Zəngəzurdan qovul­muş və tarixi tor­paq­la­rı­na qayıda bil­mə­yən azərbaycanlıları Azərbaycan hökuməti respublika əra­zi­sin­də yerləşdirdi.

Sovet hökuməti ermənilərin azərbaycanlı torpaqlarında məskunlaşdırılması və Azərbay­can ərazilərinin Ermənistana verilməsini SSRİ yaradıldıqdan sonra da da­vam etdirdi. Ermənilərin Cənubi Qafqaza gətirilərək məskunlaşdırılmasında bir mər­hələni Lozan kon­fran­­sından sonrakı dövr təşkil etdi. Konfransda iştirak edən RSFSR xalq xarici işlər komissarı Georgi Çiçerin 1923-cı ilin yanvarında Beynəlxalq Erməni Cəmiyyətinə gön­dər­diyi məktubda erməniləri sovet hökumətinin qəbul etməyə hazır olduğunu bildirdi. Ru­si­ya, Ukrayna və Gür­cüstan nümayəndə heyətləri məsələyə dair Lozan konfransının sədrinə ver­bal nota göndərdilər. G.Çiçerin yanvarın 27-də Lozandan müavini Mixail Litvinova gön­dər­diyi mək­tubda ermənilərə ərazilər vermək barədə bəyanatın Beynəlxalq Erməni Cə­miy­yətinə təq­dim edildiyini yazırdı. Onun fikrincə, sovet hökumətinin erməniləri köçürmək üçün vəsaiti ça­tış­madığı üçün bu işdə ermənilərin mühacirətinə maliyyə yardımı və nəq­liyyat ayıran təş­ki­lat­lar iştirak etməli idilər.

Ermənilərin mühacirəti üzrə komissiyanın 1923-cü il martın 23-də keçirilən Xalq Torpaq Ko­mis­sar­lığının iclasında 200 min nəfərdən çox olmamaq şərti ilə erməninin SSRİ ərazisinə köçürülməsi barədə qərar qəbul edildi. Onların 15 min nəfəri Cənubi Qafqazda yerləşdirilməli idi. G.Çiçerinin təklifi əsasında RK(b)P MK Siyasi bürosunun 1923-cü il noyabrın 22-də ke­çirilən iclasında (protokol № 47) “Türkiyədən olan qaçqın ermənilər haqqında” məsələ müza­ki­rə edildi. Qəbul edilən məxfi qərara əsasən 10 min nəfər erməninin Türkiyədən SSRİ hü­dud­larında qəbul edilməsinə etiraz olunmurdu. Beləliklə, Türkiyədən gələn ermənilərin bir qismi Cənubi Qafqaza yerləşdirildi.

Həmin ildə Naxçıvanın azərbaycanlılar yaşayan 9 kəndi Ermənistana verildi. İki il son­ra, 1925-ci il mayın 19-da Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin (MİK) Kiçik Rəyasət He­yə­tinin iclas qərarına uyğun olaraq (protokol № 12) ermənilər Naxçıvana yer­ləş­dirildi.

1923-cü il iyulun 7-də Qarabağın dağlıq hissəsində Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) təşkil edildi. Muxtariyyətin inzibati mərkəzi Xankəndi şəhəri müəyyənləşdirildi. Həmin ilin sentyabr ayında şəhərin adı dəyişdirilərək azərbaycanlılara qarşı soyqırımın təş­ki­lat­çı­larından biri olan Stepan Şaumyanın şərəfinə Stepanakert adlandırıldı.

DQMV-nin təşkili Lenin və Stalinin ermənilərə və Azərbaycan xalqına olan münasibətinin göstəricisi idi. Ermənistanda tarixi torpaqlarında yaşayan azərbaycanlılardan sayca az olmalarına bax­ma­yaraq, Azərbaycanın Dağlıq Qarabağ regionundakı ermənilərə muxtariyyət verilməsi “parçala və hökm sür” siyasətinin konkret təzahürü idi.

Bu zaman Cənubi Qafqaz respublikaları arasında bir sıra ərazi mübahisələri mövcud idi. Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin məsləhətçisi M.Ski­dit­ski­ 1927-ci il sentyabrın 21-də Tiflisdə hazırladığı “Zaqafqaziya respublikaları arasın­da han­sı ərazi iddiaları olmuşdur?” adlı ara­yışda yazırdı: “Azərbaycan və Ermənistan ara­sında ümumi ərazisi 17816 desyatin olan 61 sahədə mübahisələr olmuşdur. Bunların 6750 des­yatin ərazisi olan 46-sı üzrə Zaqafqaziya MİK-in yekun qərarı qəbul edil­mişdir. Bu qərara əsasən 3050 desyatin ərazi Azərbaycan SSR-in, 3700 desyatin ərazi isə Ermənistan SSR-in tər­ki­bi­nə daxil edilmişdir”.

Ermənilərin Cənubi Qafqaza gətirilərək azərbaycanlılara məxsus ərazilərdə yerləşdirilməsi 30-cu illərdə də davam etdirildi. Ümumittifaq Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsi (ÜİK (b) P MK) Siyasi bürosunun 1931-ci il 10 may tarixli iclasında (protokol № 37) ermənilərin ZSFSR-ə gətirilməsi haqqında məsələ gündəliyin 25-ci maddəsi kimi müzakirə edil­di. Lakin təxirə salındı. Ancaq bir müddət keçmiş bu məsələ Siyasi büronun iyunun 16-da ke­çi­ri­lən iclasında (protokol № 43) yenidən müzakirəyə çıxarıldı. Məsələ barədə tam məxfi qərar qə­bul edildi. SSRİ Xalq Xarici İşlər Komissarlığı (XXİK) 1932-ci il martın 14-də 263 №-li tam məxfi məktubla ZSFSR MİK-ə müraciət edərək Türkiyədən gələn ermənilərin və­tən­daş­lığa qəbul edilməsini tövsiyə etdi. Bu barə­də vəsatət hələ 1928-1929-cu illərdə qaldırılmışdı. ZSFSR MİK katibi Həmid Sulta­nov Azər­bay­can SSR MİK İşlər İda­rəsinə 1932-ci il martın 27-də 479-s №-li məxfi məktub gön­­dərərək Tür­kiyə ermənilərinin “SSRİ vətəndaşlığına qəbul edilməsi məsələsini təcili həll et­mək üçün sizin sə­rəncamınızı xahiş edirik” – deyə yazdı. Qərarlar yerinə yetirildi.

1936-cı ilin may ayında təkcə Parisdən Ermənistana 2 min nəfər erməni gətirildi. Onların nümayəndələri Gürcüstan K(b)P MK-nın birinci katibi Lavrentiy Beriyaya və ZSFSR Xalq Ko­mis­sarları Sovetinin sədri Qəzənfər Musabəyova mayın 22-də teleqram göndərərək yad öl­kə­dən yeni vətənə (kursiv bizimdir. Sənəddə belə də yazılmışdır. – M.Q.) gəldiklərinə şərait yaradıldığı üçün təşəkkür etdilər.

Xarici ölkələrdən gətirilən ermənilərin yaşayışını tə­min etmək üçün azərbaycanlılar tarixi torpaqlarından sıxışdırıldılar. Köçürmə yolu ilə Ermənistanda ermənilərin sayının artırılması barədə “Daşnaksütyun Parti­ya­sı­nın əks­inqilabi rolu” adlı arayışda yazılırdı: “Əgər 1920-ci ildə Ermənistanda 774 min nəfər əhali var idisə, 1936-cı ildə onların sayı 1 milyon 200 min nəfər oldu və ya 55% artdı.

İkinci dünya müharibəsindən sonrakı illərdə  Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları

Ermənilərin məskunlaşdırılması və Azərbaycana qarşı əsassız ərazi iddialarında yeni bir mərhələni İkinci dünya müharibəsindən sonrakı illər təşkil edir. Bu dövrdən etibarən erməni dairələri bir neçə istiqamətdə fəaliyyət göstərməyə başladılar. Onlar sovet rəh­bər­liyinin göstərişi ilə Türkiyəyə qarşı ərazi iddiaları irəli sürdülər. Lakin Türkiyə hökuməti əsassız iddiaları qətiyyətlə rədd edə­rək torpaq vermədi.

Ermənistan K(b)P MK katibi Q.Arutunov 1945-ci ilin noyabr ayında Stalinə məktubla müraciət edərək Dağlıq Qarabağ Mux­tar Vi­la­yətinə iddia irəli sürdü. Onun müraciəti əks olunan məktubu ÜK(b)P MK katibi Qeorgiy Malenkov 1945-ci il noyabrın 28-də Azər­bay­can K(b)P MK katibi Mircəfər Bağırova göndərib Er­mənistan K(b)P MK-nın təklifi haqqında fik­rini bildirməsini istədi. M.Bağırov 1945-ci il dekabrın 10-da 330 №-li məktubla ona cavab verdi. 5 səhifədən ibarət olan bu mək­tu­bda Q.Aru­tu­no­vun əsassız iddiaları rədd edilirdi.

Sovet rəhbərliyi əsassız erməni iddialarını rədd etsə də onların digər istəklərini yerinə yetirdi. 1946-cı ildə 40 kv. km meşə sahəsi, Tovuz ra­yo­nu ərazisindən 7,6 kv.km ərazi, Qazax rayonundan bir hissə Ermənistana verildi.

Türkiyədən ərazilər və Azərbaycandan Dağlıq Qarabağı ala bilməyən Ermənistan rəhbər­liyi xarici ölkələrdən ermənilərin köçürülüb məskunlaşdırılması məsələsini sovet hökuməti qarşısında qaldırdı. Sovet rəhbərliyi bu təklifi bəyəndi.

Lakin ermənilərin yerləşdirilməsi üçün Ermənistanda lazımi şərait yox idi. Buna görə də M.Bağırov və Q.Arutunov 1947-ci ilin dekabrında İ.V.Stalinə məktubla müraciət etdilər. Onlar son illərdə Azərbaycan və Ermənistanın təsərrüfat həyatında baş verən də­yişikliklərlə əlaqədar olaraq yaranmış bəzi məsələlər barəsində fikir mübadiləsi edilməsi nə­ti­cəsində Stalin qar­şısında məsələ qaldırdılar. Bildirdilər ki, Mingəçevir su elektrik stansiyasının tikintisi ilə bağ­­lı olaraq yeni su­varılan torpaqların və pambıqçılıq rayonlarında fəhlə qüvvəsinə ehtiyac ya­ran­mışdır, həmçinin pambıq istehsalının çoxaldılması Azərbaycanın bu rayonlarında əha­linin artırılması mə­sələsini irəli sürməyi zəruri edir. Onlar bu məsələnin real həllini Er­mə­nis­tanda yaşayan 130 min nəfər azərbaycanlı əha­li­nin həmin rayonlara kö­çü­rül­mə­sində gö­rür­dü­lər. Belə hesab edirdilər ki, azərbaycanlı əhalinin kö­çü­rül­məsi xarici öl­kə­lər­dən Er­mə­nistana gələn ermənilərin qəbulu və yerləşdirilməsi üçün şəraiti yax­şılaşdırar, boşalmış torpaq sahələrindən və mənzillərdən xarici öl­kə­lər­dən ermənilər köçürülən zaman istifadə edilə bilərdi.

Bütün bu mülahizələri nəzərə alaraq M.Bağırov və Q.Arutunov Stalindən aşağıdakı məsə­lə­lərə sanksiya verilməsini xahiş edirdlər: 1.Ermənistan SSR-də yaşayan azərbaycanlı əhalinin Azərbaycan SSR-in əhalisi az olan pambıqçılıq rayonlarına köçürülməsi və boşalan torpaqların və mənzillərin xarici ölkələrdən Ermənistan SSR-ə gələn ermənilərin qəbulu və yerləşdirilməsi üçün istifadə edilməsi. 2. Azərbaycan SSR Nazirlər Sovetinə və Ermənistan SSR Nazirlər So­ve­ti­nə köçürülmənin şərtlərini və qaydalarını işləyib hazırlamaq, həmçinin köçürlümənin həyata keçirilməsinə rəhbərlik etmək üçün birgə komissiya yaradılmasına icazə verilməsi. 3. Bu tədbirlə bağlı xərclərin İttifaq büdcəsindən maliyyələşdirilməsi.

Kommunist Partiyası ilə fərqli ideologiya olmasına baxmayaraq, Daşnaksütyun Par­ti­ya­sı­nın 1947-ci ildə keçirilən qurultayının qəbul etdiyi 6 bənddən ibarət qərarda re­pat­ri­a­siya sovet ha­kimiyyətinin erməni diasporunu parçalamağa yönəldilən aktı kimi qiy­mət­lən­dir­məklə yanaşı, mühüm və siyasi iş kimi dəyərləndirilir, erməni məsələsinin digər tərəf­lərinin uğurlu həlli zə­ru­rə­ti ilə bağlanır, kütləvi repatriasiyanın xüsusən erməni tor­paq­la­rı­nın azad edilməsi və Ermənistan sərhədlərinin genişləndirilməsi ilə əlaqədar olduğu (kursiv bizimdir. – M.Q.) yazılırdı.

SSRİ Nazirlər Soveti 1947-ci il dekabrın 23-də və 1948-ci il martın 10-da kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-də Kür-Araz ovalığına kö­çü­rül­məsi haqqında qərarlar qəbul etdi. Bu qərarlara uyğun olaraq 1948 və 1953-cü illər ər­zin­də 100 mindən artıq azərbaycanlı zorla tarixi tor­paq­larından Azərbaycan SSR-in Muğan və Mil çöllərinə köçürüldülər. Xaricdən gətirilən ermənilər isə Er­mə­nis­tandan deportasiya edilən azərbaycanlıların yaşayış üçün  hər cür şəraiti olan evlərinə yerləşdirildilər.

Sonrakı illərdə də ermənilərin Cənubi Qafqaza gətirilməsi işi davam etdirildi. Belə ki, xarici ölkələrdən Ermənistana 1961-ci ilin ortaları üçün 200 min, 1962-1973-cü illərdə isə 26 min 100 nəfərdən çox erməni gətirilmişdi. Onlar Cənubi Qafqazda qatı millət­çi­lik və xalqlar arasında düşmənçilik hisslərini qızışdırır­dılar. Ermə­­nis­­tanda mil­lət­çi qrup və təş­ki­lat­la­rın fəaliyyəti güc­­lə­nir­di.70-ci illərdə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində milli münaqişəni qızış­dır­mağa cəhd etsə də, onun qarşısı alındı.

Ermənistanın Azərbaycana qarşı yeni əsassız ərazi iddiası: Kəmərli hadisəsi

1984-cü ildə Ermə­nist­an rəhbərliyi Azərbaycanın Qazax rayonunun Kə­mər­li kən­di­nin 1675 ha torpaq sahəsinə id­dia irəli sürdü. Bu əra­zi Ermə­nist­an SSR Noyemberyan rayonunun Dovex kən­di ilə Qazax rayonunun Kə­mər­li kən­di­ arasınd­a yerlə­şir­di. Kəmərli əha­lisi er­məni id­dial­arını da­yan­­dır­maq üçün rayon rəh­bər­li­­yinə, Azərb­aycan höku­mə­tinə də­fə­lər­lə müra­ciət etmiş­di­lər. Hətt­a ilin oktyabr ayı­nın bi­rin­ci yarı­sınd­a Moskvaya üç nə­fər­dən iba­rət nüma­yən­də heyəti də gön­dər­­miş­di. Onlar Sov.İKP MK-ya müra­ciət etsələr də nə­ticəsi olmamışdı.

Oktyabrın 24-də Azərb­aycan SSR Nazir­lər Soveti səd­ri­nin müa­vini Ş.Rasiza­də, Azərb­ay­can KP MK Qazax rayon partiya komi­tə­si­nin bi­rin­ci katibi A.Sü­l­ey­ma­nov, rayon İcr­aiy­yə Komi­tə­si­nin səd­ri B.Eyyubov və di­gər rəs­mi şəxs­lər, Ermə­nist­an SSR Nazir­lər Soveti səd­ri­nin bi­rin­ci müa­vini V.Movsesyan, Ermə­nist­an KP MK Noyem­beryan rayon partiya komi­tə­si­nin katibi P.Mam­yan Kə­mər­li kən­din­dən 6 km aralıda yerlə­şən Bataqlı bulaq deyi­lən yerə gəl­di­lər. Onların Ermə­nist­anın əsassız iddia etdiyi meşə massi­­vinə baxmaq is­tə­yi kənd əhalisini hid­dət­lən­­dirmiş­di. Həya­ti məna­felə­rinə toxunan mə­sə­lə­nin qoyuluşundan narazı olan kən­d sakinləri kənd­dən təx­mi­nən 3,5 km aralıda maşınl­arı qarşıla­yaraq etira­zlarını bil­dir­dilər. Torpaqların veril­məsinin sə­bəb­lə­rini soruş­du. Ş.Rasiza­də bu əra­zi ba­rədə iki respublika nüma­yən­də­­lə­rin­dən iba­rət yaradıla­caq komis­siya tə­rə­fin­dən son qəra­r veri­lə­cə­yini dedi. Əhali onları belə bir rəs­mi aktı imz­a­lamağa məcbur etdilər: «Torpaq Kə­mər­li kən­dinə məxs­usdur və ondan alınm­ayacaq­dır». Tə­lə­b yerinə yetir­ildikdən son­ra əhali onları kənd­dən qovdu.

Yaranmış vəziyyət Azərb­aycan KP MK büro­sunun 1984-cü il 12 noyabr tarix­li icl­asınd­a “Qa­zax rayonunun Kə­mər­li kən­din­də müna­qişə haqqınd­a” adı al­tın­da müza­kirə edil­di. İcl­ası açan MK-nın bi­rin­ci katibi Kamran Bağıro­v bil­dir­di ki, baş verən müna­qişə yerli əha­li arasınd­a qeyri-sağlam mil­lət­ləra­rası müna­si­bət­lə­rin, uzun müd­dət yı­ğı­lıb qalmış qarşı­lıq­lı əra­zi id­dial­arı­nın nə­ti­cə­si­dir. K.Bağıro­v məsələ ilə bağlı Moskvadan göstəriş verildiyini də etira­f etdi: “… Sov. İKP MK bi­zim qar­şı­mız­da mə­sə­ləni həll et­mək və ge­niş plan­da həll et­mək və­zi­fə­sini qoy­muş­dur”.

Müzakirələrdən sonra MK büro­su müva­fiq qə­ra­r qəbu­l etdi. Mərkəzi hakimiyyət Ermənistanın əsassız ərazi iddiasını təmin etdi.

Ermənistan Azərbaycana  qarşı hərbi müdaxilə astanasında

Şirnikləşən erməni dai­rə­ləri bir neçə istiqamətdə fəa­liy­yət gös­tə­rir­di­lər. Ermənistan rəh­bər­­liyi 80-ci il­lə­rin or­ta­la­rın­da xa­rici öl­kə­lər­dən er­mə­ni­lə­rin Er­mə­nis­tana kö­çü­­rül­məsi mə­sə­lə­sini qal­­dır­dı. So­vet hö­ku­məti bu təklifi bəyənərək 1985-ci il iyu­nun 20-də «1985-1986-cı il­lər­də xa­ri­ci öl­kə­lər­dən er­mə­ni­lə­rin SSRİ-yə re­pat­ria­­si­­ya­­sı­nın da­vam et­di­ril­məsi haq­qın­da» qə­rar qə­bul et­di. Bununla kifayətlənməyən Ermə­nist­an KP MK-nın bi­rin­ci katibi K.Də­mir­çiya­n 1986-cı ilin noyabr ayınd­a Sov.İKP MK-ya bir məx­fi məkt­ub yazaraq gös­tə­r­di ki, Ermə­nist­anda sovet haki­miy­yəti qurul­duğu ilk il­lər­dən Sov.İKP MK-nın qəra­rları ilə müx­tə­lif xarici öl­kə­lər­dən ermə­ni­lə­rin repatria­siya­sı həya­ta keçi­ril­miş­, so­vet ha­ki­miy­yəti il­lə­rin­də Ermə­nist­an SSR-ə xaric­dən 230 min nə­fər­dən çox erməni gətirilmişdir. K.Də­mir­çiya­n, məlu­mata görə, Yaxın və Orta Şərq öl­kə­lə­rin­də (İran, Suriya, Livan, İraq, İor­daniya) yaşayan er­mə­­ni­lər içə­ri­sin­də Er­mə­­nist­an SSR-ə daimi yaşa­maq üçün gəl­mək is­tə­yən­lərin olduğunu qeyd edirdi. Məkt­ubun so­nunda o, “repatria­si­ya­­nın mü­hüm siya­si əhə­miy­yə­tini nə­zərə alaraq Ermə­nist­an KP MK və SSRİ Nazir­lər Soveti­nin 1985-ci il 25 iyun tarix­li “1985-1986-cı il­lər­də xarici öl­kə­lər­dən ermə­­ni­lə­rin SSRİ-yə repat­ri­a­­siya­sı­nın davam etdi­ril­məsi haqqınd­a” qəra­rı­nın fəa­liy­yət müd­də­ti­nin 1990-cı ilin sonunadək uza­dılm­a­sını” xahiş edir­di. Məkt­ubla tanış olan Sov.İKP MK katibi Y.Liqa­çov 1986-cı il 22 noyabr tarix­də “MK-ya tək­lif hazır­­layın” dər­kəna­rı yazaraq MK-nın şöbə müdirləri N.İ.Savin­kinə və Y.Z.Ra­zu­movskiyə gön­­­dər­di. Sov.İKP MK-nın in­ziba­ti orqanlar şö­bə­si­nin mü­diri N.Savin­kin və MK-nın partiya-təş­kila­t işi şö­bə­si­nin mü­dir müa­vini N.Zolotaryev 1987-ci il mayın 7-də MK-ya müvafiq məx­fi məkt­ubla müra­­ciət et­di­lər. Məkt­ubda deyi­lir­di ki, Sov.İKP MK-nın şö­bə­­ləri tə­­rə­fin­dən sovet əha­lisi içə­ri­sin­də müha­ci­rət əhval-ruhiy­­yə­si­nin ol­ması barədə tək­lif­lər hazırl­anmış­dır. Bu material­­larda ermə­ni­lə­rin SSRİ-yə repatria­siya edil­məsi barədə mə­­sə­ləyə də toxunulurdu. Qeyd edi­lən­ləri nə­zərə alaraq Ermə­nist­an KP MK-nın müra­ciə­tinə yuxarıda gös­tə­ri­lən bü­tün material­ın müzakirəsi zamanı son olaraq baxılm­ası tövsiyə olundu.

Qeyd etmək lazım­dır ki, SSRİ-yə köç­mək is­tə­yən ermə­­ni­lər qatı millətçilər, daşnaklar idi. On­­lar öz­ləri ilə milli münasibətlər baxımından SSRİ-nin ən zəif yer olan  Cə­nubi Qaf­qaza qatı mil­­lət­çi­lik, düş­mən­çi­lik və kin-kü­du­rət gə­tir­di­lər. Bu zəncirdə ən zəif həlqə erməni – azərbaycanlı münasibətləri idi.

Ermənistanın Azərbaycanın daxili işlərinə müdaxiləsi və təcavüzünün başlanması

1980-ci illərin ortalarından etibarən Sovet İttifaqının daxilində baş verən mürəkkəb və zid­diy­yətli proseslərdən istifadə edən Ermənistan SSR Azərbaycan SSR-in daxili işlərinə müdaxilə edərək coğrafi-siyasi, etnik-mədəni, tarixi ba­xım­­­dan Azərbaycanın ərazisi olan Dağlıq Qarabağı ilhaq etmək üçün əsassız iddialar irəli sür­dü. SSRİ rəhbəri M. Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri Abel Aqanbekyanın Parisdə “İnterkontinental” oteldə erməni nümayəndələri qarşısında etdiyi və 1987-ci il noyabrın 18-də “Humanite” qəzetində dərc edilmiş çıxışı gərginlik yaratdı. O, guya Dağlıq Qarabağın əla­qəsini nəzərə alaraq Ermənistana birləşdirilməsi barədə M. Qorbaçovun ra­zı­lı­ğı­nı aldığını bildirdi.

1988-ci ilin fevral ayının əvvəllərində Ermənistandan bir qrup adam Moskvaya gedərək əsassız tələblərini irəli sürdülər. Fevralın 11-də isə Stepanakertdə mitinqlər kons­ti­tu­siya qu­ru­lu­şu əleyhinə hərəkətlər başladı.

Dağlıq Qarabağ münaqişəsini Azərbaycan cəmiyyəti doğurmamışdı. Azərbaycan daim Dağlıq Qarabağ regionunun sosial-iqtisadi, mədəni inkişafına xüsusi diqqət yetirmişdi. Mü­naqişə Ermənistanın Azərbaycanın daxili işlərinə kobud müdaxiləsi nəticəsində yarandı.Hələ 80-ci illərin ortalarından etibarən Ermə­nistanda bir çox müəssisə və kooperativlər res­pub­lika rəhbərlərinin himayəsi altında yarımleqal şəraitdə odlu silahlar, partlayıcı maddələr isteh­sal edərək Dağlıq Qarabağ regionuna göndərir, qanunsuz silahlı birləşmələri silah və sur­sat­la, rabitə vasitələri, o cümlədən nəqliyyatla təmin edirdilər. Münaqişənin dərinləşməsinə SSRİ-nin dağıl­ma­sın­da maraqlı olan dövlətlərin milli münasibətləri qızışdırması da təsir etdi.

1988-ci il fevralın 18-də çıxış edən M.Qorbaçov SSRİ-də milli münasibətlər məsə­lə­si­nə baxmağın vacibliyini söylədikdən sonra Ermənistan rəhbərləri daha da ruhlandılar. Er­mənistanın bilavasitə müdaxiləsi ilə fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin iclası keçirildi. Sovetin tərkibindəki 140 deputatdan 110-u erməni, digərləri isə azərbaycanlılar idi. Azər­baycanlı de­putatlar yığıncağa buraxılmadılar. İclasda DQMV-nin Azərbaycan SSR-dən Ermənistan SSR-ə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR ali sovetlərinə müraciət edildi. Bundan bir gün sonra, fevralın 21-də Sov.İKP MK “Dağ­lıq Qarabağda ha­di­sə­lər haqqında” qərar qəbul etdi. Qərarda regionda milli-ərazi qu­ru­lu­şunun dəyişdirlməsi hərə­kət­lərinin və tələb­lə­ri­nin millətlərarası münasibətlərə ziyan vurduğu, konstitusiyaya zidd olduğu qeyd edilirdi. Azər­baycan KP MK bürosu fevralın 22-də həmin qərarı müzakirə edərək vəziyyəti normallaşdırmağı və vilayətin sosial-iqtisadi inkişafı üçün tədbirləri işləyib hazırlayaraq təqdim etməyi Dağlıq Qarabağ vilayət partiya komitəsinə tapşırdı.

Bu qərarlar yerinə yetirilməmiş Dağlıq Qarabağda ilk qan töküldü. DQMV Xalq Deputatları Sovetinin ayrılma haqqında qərarına etiraz edən dinc azərbaycanlılara fevralın 22-də Ağdam-Xankəndi şose yolu ətrafında yerləşən Əsgəran qəsəbəsi yaxınlığında silahlı şəxslərin atəş açması nəticəsində iki gənc öldürüldü. Onlar münaqişənin ilk qurbanları oldular.

Bu zaman Ermənistandan kütləvi surətdə qovulan azərbaycanlılar əsasən Bakı və Sum­qa­yı­t şəhərlərinə üz tuturdular. Ermənistanın 20 rayonundan təkcə Sumqayıta 18 min 330 nəfər qaçqın və ya 3030 ailə gəlmişdi. Evsiz-eşiksiz qalan və yaşamaq hüququndan məhrum olan azər­bay­canlılardan fərqli olaraq ermənilər Azərbaycanda sakitcə yaşayır və işləyirdilər. Əsgəranda iki nəfər azərbaycanlının öldürülməsi də əhalini hiddətləndirmişdi. Yaranmış gərgin vəziyyətdə 1988-ci il fevralın 26-28-də Sumqayıtda təxribat törədildi. İğti­şaşlarda 32 nəfər öldü. Onlardan 24-ü erməni, 5-i azərbaycanlı idi. İstintaq materiallarından aydın olur ki, Sumqayıt hadisəsi əvvəlcədən müəyyən erməni qrupları tərəfindən hazırlanmışdı. Er­mənilər qabaqcadan giriş qapılarında işarə qoyulmuş mənzillərə hücum etmişdilər. Öldürülən er­mənilər qatı millətçi erməni təşkilatlarına pul ödəməyən şəxslər idi. Hadisələrdə şəhərin qeyri-yerli əha­li­sin­dən ibarət olan cinayətkar elementlər iştirak etmişdilər. Bu hadisələrin təşki­lat­çı­la­rın­dan biri ermənilərin qətli və qadınlarının zorlanmasında bilavasitə iştirak edən Eduard Qri­qor­yan­ idi. Onun qurbanlarının hamısı ermənilər idi.

Sumqayıt hadisəsi Sov.İKP MK Siyasi bürosunun 1988-ci il 29 fevral tarixli iclasında mü­za­kirə edildi. İclasa sədrlik edən M.Qorbaçov Yerevanda vərəqələrin yayıldığını, erməni­lər­dən mi­tinqləri dayandırmaq, silaha sarılmaq və türkələrə qarşı hücuma keçmək çağırışları edil­di­yi­ni, mi­tinqlərdə bütün çıxışlarda əsas mövzunun Qarabağ və onun Ermənistana birləş­di­ril­məsi ol­du­ğu­nu dedi. O, Dağlıq Qarabağın yeni rəhbərinə Ermə­nis­tandan zəng edərək “sizin üçün bütün Er­mə­­nistanı aya­ğa qaldırmışıq, bəs siz nəyi gözlə­yir­siniz” dediklərini bildirdi. Daha sonra vur­ğu­ladı ki, Er­mə­nis­tan­da deyirlər, elə etmək lazımdır, Stepanakertdə mitinq ocağı sönməsin. M.Qorbaçov Stepan­kert­də onsuz da Ermənistandan gələn təlimat və əlaqə ilə hərəkət edildiyinin açıq-aydın göründüyünü dedi.

Sumqayıt hadisəsi bir müddət sonra, mayın 7-də Azərbaycan KP MK-nın birinci katibi K.Ba­­­ğırovun sədrliyi ilə MK bürosunun iclasında geniş müzakirə edildi.“Sumqayıt şəhə­rində və­ziyyətin normallaşdırılması üzrə hökumət komissiyasının hesabatı haqqında”, “1988-ci il fevralın 27-29-da Sumqayıt şəhərində faciəvi hadisələrə gətirən səbəblər haqqında” qərarlar qəbul edildi.

Azərbaycan hakimiyyətinin vəziyyəti sabitləşdirmək səylərinə baxmayaraq, Ermənistandan millətçi şəxslər DQMV-ə gələrək vilayətin Azərbaycan SSR-in tərkibindən çıxarılması üçün yük­sək dairələrə müraciət etmək, Ermənistan SSR və DQMV-dən Moskvaya nümayəndə gön­dər­mək məqsədilə kütləvi imza toplamaq kimi qızışdırıcılıq fəaliyyəti ilə məşğul olurdular.

Ermənistan və Azərbaycan arasında münaqişə Sov.İKP MK-da 1988-ci il martın 9-da keçirilən müşavirədə geniş müzakirə edildi, DQMV-dəki prob­lem­ləri öyrənmək barədə qərar qəbul olundu. Müşavirədən irəli gələn vəzifələr martın 13-də Azərbaycan KP MK bürosunun iclasında müzakirə edildi, Dağlıq Qara­bağın sosial-iqtisadi inkişafı layihəsini hazırlamaq Vilayət Partiya Komitəsinə tapşırıldı, vəziy­yəti normallaşdırmaq üçün təşkilati-siyasi tədbirlər planı təsdiq olundu.

Yaranmış vəziyyət Sov.İKP MK Siyasi bürosunun 1988-ci il martın 21-də keçirilən icla­sın­da müzakirə edildi. M.Qorbaçov Ermənistan KP MK-nın birinci katibi Karen Dəmirçiyanın Dağlıq Qarabağın Azərbaycandan alınaraq Ermənistana verilməsindən başqa heç bir siyasi qərar istəmədiyini vurğulayaraq hərəkətlərini qızışdırıcılıq kimi qiymətləndirdi.Erməni ekstremistlərinin planlarının Azərbaycan və erməni xalq­la­rı­nın ma­raq­larına zidd olduğunu söyləməyin, Yerevandakı “Qarabağ” ko­mi­tə­si­nin iç üzünü, şüar­la­rını, kimə xidmət etdiyini göstərməyin vacibliyi vurğulandı.

Qərarların qəbul edilməsinə baxmayaraq, Ermənistandan azərbaycanlıların qovulması və Azər­baycanın daxili işlərinə müdaxiləsi dayanmadı. Belə bir şəraitdə, 1988-ci il may ayında Azərbaycan KP MK-nın birinci katibi K. Bağırov vəzifəsindən azad edildi. Bu vəzifəyə Azər­bay­candan kənarda yaşamış Əbdürrəhman Vəzirov gətirildi. Ermənistanda isə vəzifəsindən azad edilmiş Karen Də­mirçiyanın əvəzinə Suren Arutunyan seçildi.

Lakin böhran daha da dərinləşdi. Ermənistandan azər­bay­can­lı­ların qovulmaları dayanmadı. Qo­vulmanın motivləri aşağıdakılar idi: azərbaycanlı əhali ətra­fın­da yaradılmış qeyri-sağlam mənəvi-psixoloji mühit; “Ermənistandan rədd olun” şüarları; silahla hədələnmələri və həyatları üçün təhlükənin olması; ticarət obyektlərində azərbaycanlılara xidmət edilməməsi və təhqir olun­ma­ları; Ermənistanın partiya və sovet orqanlarının azər­bay­can­lıların şikayətlərinə baxmaması.

Ermənistan SSR Ali Soveti iyunun 15-də keçirilən iclasında DQMV Sovetinin yuxarıda gös­tərilən müraciətinə baxaraq DQMV-nin Ermənistan tərkibinə daxil olmasına razılıq verdi, vilayətin Ermənistan SSR-ə verilməsi barədə müsbət qərar qəbul etmək haqqında Bakı və Mos­kva­ya müraciət etdi. Azərbaycan SSR Ali Soveti və onun Rəyasət Heyəti 1988-ci il iyunun 13 və 17-də qəbul etdiyi qərarlarda SSRİ konstitusiyasının 78-ci və Azər­bay­can SSR konstitusiyasının 70-ci maddələrini əsas gətirərək DQMV-nin Azərbaycan SSR-dən alınaraq Ermənistan SSR-ə birləşdirilməsinin qəbuledilməz və qeyri-mümkün olduğunu bildirdi.

İyulun 12-də DQMV Xalq Deputatları Soveti bölgənin Azərbaycan SSR-dən birtərəfli qay­da­da ayrılmasına dair qərar qəbul etdi. Buna cavab olaraq iyulun 13-də Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti SSRİ və Azərbaycan SSR konstitusiyalarına, eləcə də Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında qanununa əsaslanaraq DQMV Xalq Depu­tat­ları Sovetinin vilayətin Azərbaycan SSR-dən birtərəfli qaydada ayrılmasına dair DQMV Xalq De­putatları Sovetinin bu qərarının qanunsuz və heç bir hüquqi qüvvəsi olmadığını bəyan edən qərar qəbul etdi. SSRİ Ali Sovetinin Rəyasət Heyəti iyulun 18-də Ermənistan SSR və Azər­bay­can SSR ali sovetlərinin Dağlıq Qarabağ haqqında məsələ üzrə qərarları barədə qəbul etdiyi qərarda Ermənistan və Azərbaycan arasında konstitusiya əsasında müəyyənləşdirilmiş milli-əra­zi bölgüsünün dəyişdirilməsinin yolverilməzliyini bildirdi. Belə ki, SSRİ konstitu­si­ya­sı­nın 78-ci mad­dəsinə əsasən müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməzdi, müttəfiq respublikalar arasında sərhədlərin dəyişdirilməsi müvafiq respublikaların qarşılıqlı ra­zı­lı­ğı və SSRİ-nin ali orqanlarının təsdiqi nəticəsində mümkün ola bilərdi.

Bu qərarların qəbul edilməsinə baxmayaraq, Ermənistan müdaxiləsini davam etdirir, DQMV-də müəssisələr işlə­mir­di. Qanlı toqquşmaların qarşısını almaq üçün 1988-ci il iyulun 28-də Dağlıq Qarabağda fövqəladə vəziyyət elan edildi.

Ermənistanda isə azərbaycanlıların qovulması daha da artdı. Azərbaycanlılar DQMV-dən də zorla qovulmağa başlanmışdılar. Belə ki, Stepanakert, Əsgə­ran, Martuni və Hadrut rayon­la­rın­dan Şuşa, Ağdam və başqa rayonlara 3 min 69 nəfər və ya 569 azərbaycanlı köçkün ailəsi gəlmişdi.

Belə bir zamanda, 1988-ci il dekabrın 7-də Ermənistanda zəlzələ baş verdi. Nəinki Azər­bay­­candakı, hətta Ermə­nis­tan­­dan qovulan azərbaycanlılar ermənilərə yardım toplayaraq gön­­­dərdilər. Bakıdan humanitar yardım aparan təyyarə Ermənis­tan səmasında qəzaya uğradıldı. Zəl­zələnin nəticələrini aradan qaldırmaq üçün çalışan xarici ölkələrin xilasedicilərinin rastlaşdığı bir fakt təyyarə qəzasından daha dəhşətli idi. Onlar qaz borularının içində bir neçə azər­bay­canlı uşağın meyidini tapdılar.

Azərbaycanın hüquqlarını kobudcasına pozan SSRİ Ali Soveti Rəyasət Heyəti 1989-cu il yanvarın 12-də Azərbaycan konstitusiyasına zidd olaraq Arkadi Vol­ski­nin sədrliyi altında tərkibində 8 nəfər olan Dağlıq Qarabağ Muxtar Vilayətində Xüsusi İdarə Ko­mi­tə­sini yaratdı. Sov.İKP MK Siyasi bürosu 13 yanvar tarixli iclasında bu qərarı bəyəndi. Komitənin yaradılması regionun Azərbaycanın nəzarətindən çıxmasında əsas rol oynadı. Onun fəaliyyəti dövründə ermənilər Azərbaycan dəmiryolları və avtomobil yol­la­rına qarşı təxribatlar törətməyə, Dağlıq Qarabağda kütləvi talanlar etməyə, təbii sərvətləri dağıtmağa başladılar.

Ermənistanın hərəkətlərinə cavab olaraq avqustun 12-də Bakıda kütləvi mitinqlər başladı. 1989-cu il sen­tyab­rın 23-də Azərbaycan SSR Ali Soveti Azərbaycan SSR-in suverenliyi haq­qın­da konstitusiya qanununu qəbul etdi. Azərbaycanın etirazları nəticəsində noyabrın 28-də Xüsusi İdarə Komitəsi ləğv edildi, SSRİ Ali Soveti Xüsusi Komissiyasının nəzarəti altında Dağlıq Qarabağ üzrə Azərbaycan SSR-in Təşkilat Komitəsi yaradıldı. Ermənistan rəhbərliyi bu qərara etiraz etdi. Ermənistanda qurulan Erməni Milli Hərəkatı hərəkatının məqsədi Dağlıq Qarabağın Er­mə­nis­tana birləşdirilməsi idi. Azər­baycanda isə Xalq Cəbhəsi quruldu. 1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti Ermənistan SSR və Dağlıq Qarabağı birləşdirmək haqqında qərar qəbul etdi. Dekabrın 2-də Azərbaycan parlamenti Ermənistan parlamentinin Dağlıq Qarabağa dair bir müttəfiq respub­li­ka­nın ərazisinin müəyyən hissəsinin digərinin xeyrinə birtərəfli qaydada ələ keçirilməsini qanuniləşdirməyə və digər dövlətin ərazisində konstitusiyaya zidd qurumun yaradılmasına yönəl­dilmiş açıq cəhdi olan bu qərarının hüquqi əsası olmadığını bəyan etdi.

Bu zaman Ermənistandan azərbaycanlıların vəhşicəsinə qovulması ölüm və zorakılıq hal­la­rı ilə müşayiət olunurdu. Azərbaycanlılar Ermənistanda tarixi torpaqlarında yaşadıqları 172 kənddən qovuldular. Onlar əmlaksız və evsiz-eşiksiz qaldılar.

Er­mə­nis­tan Azər­baycana qarşı təcavüzkarlığını ört-basdır etmək üçün DQMV-də “erməni xalqı”nın öz müqəddəratını təyin etməsi, ermənilərin hüquqlarının pozul­ma­sı, sosial-iqtisadi inkişafının geri­li­yi barədə əsassız mülahizələr irəli sürürdü. Ermənistan SSR Ali Soveti 1990-cı il yanvarın 9-da Dağlıq Qarabağı 1990-cı il iqtisadi pla­nına daxil etdi. Yan­va­rın 10-da SSRİ Ali Sovetinin Rəyasət Heyəti etiraz edərək “Dağlıq Qara­bağ barəsində Er­mə­nis­tan SSR Ali Sovetinin 1989-cu il dekabrın 1-də və 1990-cı il yan­va­rın 9-da qəbul etdiyi qərar­la­rın SSRİ konstitusiyasına uyğun olmaması haqqında” qəbul etdiyi qərarda Azərbaycan SSR-in ra­zılığı olmadan Ermənistan SSR ilə Dağlıq Qarabağın birləşdirilməsinin qanun­suz olduğu bildirilirdi.

Əhali Ermənistanın müdaxiləsini dayandır­mağı, Dağlıq Qarabağda vəziyyəti nor­mal­laş­dırmağı, Ermənistandan qovulan adamların prob­lem­lərinin həllini tələb edirdi. Bu tələbləri yerinə yetirə bilməyən Azərbaycan hakimiyyəti orqan­ları fəaliyyətsiz hala düşmüşdülər. Respub­li­kanın paytaxtında vəziyyət nəza­rət­dən çıxır, bölgələrdə də vəziyyət gərginləşirdi. Belə bir şəraitdə bir neçə rayonda Azər­bay­can Xalq Cəbhəsinin fəalları hakimiyyəti ələ keçirdilər. Azərbaycana əlavə sovet hərbi hissələri gətirilməyə başlandı. Etirazları yatırmaq üçün 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordu hissələrinin Bakıda və Azərbaycanın müxtəlif yerlərində dinc əhaliyə qarşı törətdiyi qırğınlar nəticəsində yüz­dən çox adam öldürüldü, yüzlərlə adam ya­ra­lan­dı. Əbdürrəhman Vəzirov respublikadan qaçdı. Azərbaycan KP MK-nın birinci katibi və­zi­fə­si­nə Ayaz Mütəllibov gətirildi. 20 yanvar hadisəsi sovet haki­miy­yətinin və­tən­daş­la­rı­na qarşı törətdiyi ağır cinayəti olmaqla SSRİ siyasi sisteminin böhranını və M. Qorbaçovun ye­ni­dənqurma siyasətinin iflasını göstərdi, Azərbaycan xalqının həyatında dönüş mərhələsi oldu. Azərbaycan xalqının mərkəz ilə yolu artıq bir ola bilməzdi.

Belə bir şəraitdə Ermənistan silahlı qrupları təkcə Dağlıq Qarabağda deyil, Azərbaycan ilə sərhəd rayonlarda da azərbaycanlı əhaliyə qarşı hücumları genişləndirirdi. Təkcə 1990-cı il martın 24-də Azərbaycanın Qazax rayonunun sərhəd kəndlərinə hücum edən Ermənistan silahlı dəs­tə­ləri 9 nəfəri öldürdülər. Bağanıs Ayrım kəndində 7 nəfər dinc sakini diri-diri yandırmaqla və doğramaqla qətlə yetirdilər.

SSRİ Ali Sovetinin Rəyasət Heyəti 1990-cı il 3 aprel tarixli qərarı ilə Azərbaycan SSR və Ermənistan SSR arasındakı sərhədlərin və konstitusiya ilə müəyyən edilmiş milli-ərazi bölgü­sü­nün dəyişdirilməsinin yolverilməz olduğunu bəyan etdi. 1991-ci il martın ortalarında Sovet İttifaqı Teleqraf Agentliyi sovet hökumətinin mövqe­yi­ni bəyan edərək Dağlıq Qarabağın Azər­bay­canın ayrılmaz bir hissəsi olduğunu bir daha bildirdi.

Baş verən hadisələrin nə qədər təhlükəli olduğunu dərk edən SSRİ rəhbərliyi müəyyən addımlar atdı. 1991-ci ilin aprelində SSRİ-nin mərkəzi hüquq-mühafizə orqanları DQMV-dən kə­narda, erməni silahlı qrupları tərəfindən cinayətkar mərkəzə çevrilmiş Azər­bay­canın Xanlar rayonunun Çaykənd kəndində silahlı qrupları həbs etdi. Məhz buradan qonşu kəndlər və yollar mütəmadi olaraq bombardman edilir və top atəşinə tutulur, yerli azər­bay­canlı əhali qorxu və vahimə içində saxlanılırdı. 1989-cu ildən 1991-ci ilədək Çaykənddə və ətraf ərazilərdə 54 nəfər yerli azərbaycanlı sakin erməni silahlı dəstələri tərəfindən qətlə yetirilmişdi.

Ermənistanın təcavüzünü dayandırmaq təşəbbüsləri

1991-ci il avqustun 30-da Azərbaycan SSR Ali Soveti 1918-ci ildə Azərbaycan Xalq Cüm­hu­riyyəti tərəfindən bəyan olun­muş dövlət müstəqilliyinin bərpasını Azərbaycan SSR hüdud­la­rın­da elan etdi. Bundan bir neçə gün sonra, sentyabrın 2-də Dağlıq Qarabağ Muxtar Vilayət və Şaumyan rayon Xalq Depu­tat­ları Sovetlərinin birgə iclasında Azərbaycanın DQMV və Şaumyan rayonu sərhədləri çər­çi­və­sin­də qondarma “Dağlıq Qarabağ Respublikası”nın qurulduğu bəyan edil­di. Qondarma “DQR”-in elan edilməsi Azərbaycan və SSRİ qanunlarına zidd olub, Er­mə­nis­ta­nın təcavüzkarlığını ört-basdır etmək məqsədi güdürdü.

Bu zaman münaqişənin nizamlanması üçün ilk təşəbbüslər edildi. RSFSR pre­­zidenti Boris Yeltsin və Qazaxıstan prezidenti Nursultan Nazarbayev regiona səfər etdilər. 1991-ci il sentyabrın 20-24-də Jeleznovodskda Rusiya, Qazaxıstan, Azərbaycan və Er­mənistan pre­zidentləri görüşərək Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə etdilər. Sen­tya­b­r­ın 23-də RSFSR, Qaza­xıs­tan, Ermənistan və Azərbaycan prezidentlərinin im­za­la­dıqları bə­yan­na­məyə görə, Dağlıq Qara­bağ­da silahlı dəstələr tərksilah edilməli, yerli hökumət yenidən təş­kil edilməli, Ermənistan ilə Azərbaycan arasında yüksək səviyyəli gö­rüş­lə­rin ke­çi­ril­mə­si da­vam etdirilməli, atəşkəs elan olun­ma­lı, SSRİ Daxili İşlər Nazirliyinin bölmələri və SSRİ ordu his­­sələri çatışma bölgəsindən çə­kil­məli, Ermənistan parlamenti Dağlıq Qarabağın Er­­mə­nis­tan əra­­zisi olduğunu elan edən qərarını, bunun müqabilində də SSRİ Ali Soveti Dağlıq Qarabağa dair qəbul etdiyi qərarları ləğv etməli, Er­mə­nistan və Azərbaycan tərəfləri qarşılıqlı olaraq gi­rov­la­rı azad etməli idilər. Bu görüşdən sonra atəşin dayandırılmasına dair Moskvada protokol imzalandı. Buna baxmayaraq, Ermənistan Dağlıq Qarabağ regionuna hərbi sursat və silah gön­dər­mə­yi, azərbaycanlılara qarşı silahlı hücumları davam etdirirdi.

Belə bir şəraitdə, oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi haq­qın­da konstitusiya aktı qəbul edildi. Ermənistan isə hərbi təcavüzünü daha da genişləndirdi. Noyabrın 20-də Dağlıq Qarabağda Qarakənd kənd səmasında Azərbaycanın dövlət və siyasi xa­dim­lərinin olduğu vertolyot erməni silahlıları tərəfindən vuruldu. Vertolyotdakılar həlak oldu­lar. Ermənistan sülh prosesini pozdu. Azərbaycan tərəfi 1991-ci il noyabrın 26-da Dağlıq Qarabağ Muxtar Vilayətini ləğvi etdi.

Bu zaman SSRİ mövcudluğunun son günlərini yaşayırdı. 1991-ci il dekabrın 8-də Minsk yaxınlığında Belovejskoe Puşedə Rusiya, Ukrayna və Belarus prezidentləri görüşərək 1922-ci il İttifaq mü­qa­vi­ləsinin fəaliyyətini dayandırdılar. Dekabrın 10-da isə Dağlıq Qarabağ regio­nun­da­kı ermənilər Ermənistanın bilavasitə müdaxiləsi altında saxta “referendum” keçirərək “Dağlıq Qarabağın SSRİ tərkibində müstəqil bir respublika olması” üçün səs verdilər. Azər­bay­canlılar bu “referendum”da iştirak etmədilər. Bu zaman artıq SSRİ adlı bir dövlət mövcud deyildi. Dekabrın 21-də yaradılması elan edilən Müstəqil Dövlətlər Birliyi Ermənistanın Azər­bay­canın daxili işlərinə qarışmasını dayandıra bilmədi.Ermə­nis­tanda yerləşən keçmiş sovet ordusunun komandirləri silah və sursatı erməni dəstələrinə verərək Azərbaycan əleyhinə silahlandırdılar.

Beləliklə, SSRİ-nin dağılması ilə Ermənistanın Azərbaycanın daxili işlərinə müdaxiləsi iki müstəqil dövlət arasında qanlı münaqişəyə və açıq müharibəyə çevrildi.

Ermənistanın təcavüzünü dayandırmaq məqsədi ilə Azərbaycan 1992-ci il yanvarın 13-də BMT-yə müraciət edərək Azərbaycan Respublikasına qarşı Ermənistan Respublikasının dörd ildən bəri davam edən və cəzasız qalan təcavüzünü pisləməsini xahiş etdi, Dağlıq Qarabağ regio­nun­da qa­nun­suz hakimiyyət strukturları yaratmaq və Azərbaycan Respublikasının ərazisinin bir hissəsini qoparmağa yönəlmiş fəaliyyətinin təcavüz və dövlət terrorizmi xarakteri daşıdığını qeyd etdi.

1992-ci il yanvarın 30-da Azərbaycan Respublikası ATƏM-ə üzv qəbul edildikdən bir müddət sonra, fevralın 12-18-də regiona səfər edən nümayəndə heyəti bir hesabat hazırladı. He­sa­batda 1987-ci ildən eti­barən münaqişənin təkamülü, baş verən hadisələr, ayrı-ayrı dövlətlərin mövqeləri, sülh tə­şəb­büs­ləri əksini tapmış, görüləcək işlər barədə tövsiyələr verilmişdi.

Ermənistan isə Azər­baycan ərazilərinin işğalını ən qəddar üsullarla genişləndirirdi. Bu qəddarlığın ən yüksək nöqtəsi strateji əhəmiyyət daşıyan Xocalı şəhərində törədilən soyqırım oldu. Şəhərdə Dağlıq Qara­bağda yeganə olan hava limanı yerləşirdi. 1992-ci il fevralın 26-27-də Ermənistan silahlı birləşmələri və Xankəndində yerləşən 366-cı keçmiş sovet alayı 7 min nəfər əhalisi olan Xocalı şəhərində azər­baycanlı əhaliyə qarşı kütləvi soyqırım həyata keçirdi. 650-dən çox adam öl­dü­rül­dü, 1275 nəfər əsir götürüldü, 487 nəfər şikəst edildi. Öldürülənlərin 106 nəfəri qadın, 83 nə­fə­ri isə azyaşlı uşaq idi. Ermənistanın müdafiə naziri və sonralar prezidenti olan Serj Sarqsyan Böyük Brita­ni­ya jurnalisti Tomas de Vaala verdiyi müsahibəsində etiraf edirdi: “Xocalıya qədər azər­bay­can­lı­lar belə fikirləşirdilər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər. Biz bunu (stereotipi) qırdıq.” Markar Melkonyan isə yazır ki, Xocalı sakinləri altı mil qət edərək demək olar ki, təhlükəsiz yerə çatmışdılar, lakin əsgərlər onlara çatdılar. Sonra çəkmələrinə bərkidilmiş bıçaqları qablarından çıxarıb adamları doğramağa başladılar.

Xocalıda baş verən soyqırım hadisəsi Ermənistanın bəşəriyyətə və sivilizasiyaya qarşı törət­diyi ağır cinayətdir. Azərbaycan hakimiyyətinin Xocalıda baş verənlərin miqyasını xalqdan gizlətmək cəhdləri respublikada ictimai-siyasi vəziyyəti gərginləşdirdi. İstefaya gedən Ali Sovetin sədri Elmira Qafqarovanın yerinə Yaqub Məmmədov seçildi. Martın 6-da isə Azər­bay­can Respublikasının prezidenti Ayaz Mütəllibov istefa verdikdən sonra o, prezident səlahiy­yət­lərini də yerinə yetirməyə başladı.

ATƏM-in Minsk qrupunun yaradılması və fəaliyyəti. BMT sənədlərinin qəbul edilməsi

Azərbaycan Ermənistanın hərbi təcavüzünü dayandırmaq üçün beynəlxalq səylərini davam etdirdi. 1992-ci il martın 2-də Azərbaycan Respublikası keçmiş DQMV-nin inzibati ərazisi də daxil olmaqla BMT-yə üzv oldu. Bununla da onun beynəlxalq sərhədləri tanındı, beynəlxalq hü­qu­qun mühafizəsi altına alındı. Azərbaycan martın 13-də BMT Təhlükəsizlik Şurasına, dünya birliyi dövlətlərinin parlamentlərinə müraciət edərək Ermənistanın təcavüzünü dayandırmaq üçün təcili tədbirlərin həyata ke­çi­ril­mə­sini xahiş etdi. Azərbaycan Respublikasının müraciətinə cavab olaraq BMT baş katibi mü­na­qi­şə bölgəsində vəziyyəti öyrənmək üçün mart ayında xüsusi nü­mayəndəsi, ABŞ-ın keçmiş dövlət katibi Sayrus Vensin rəhbərliyi altında bir heyəti regiona göndərdi. Nümayəndə heyəti hesabat hazırlayaraq baş katibə təqdim etdi.

Azərbaycan tərəfi Ermənistanın təcavüzü məsələsini ATƏM-in müzakirəsinə çıxardı. ATƏM Nazir­lər Şurasının martın 24-də Helsinkidə keçirilən əlavə iclasında böhranın ATƏM-in himayəsi altında mümkün qədər tez bir zamanda ATƏM prinsip, öhdəlik və müddəaları əsasında sülh yolu ilə həlli istiqamətində danışıqlar üçün forumu təmin edəcək Dağlıq Qarabağa dair ABŞ, Rusiya, Türkiyə, Fransa, İtaliya, Almaniya, Belarus, İsveç, Finlandiya, Azərbaycan və Er­mə­nistan nümayəndələrinin iştirakı ilə Minskdə konfrans çağırılması qərara alındı. Konfransın əsas məqsədi Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi üçün siyasi danışıqları başlamaq idi. Yenicə yaradılmış MDB-nin mərkəzi Minsk hesab edildiyi və Belarus hökuməti ölkənin pay­taxt şəhərini çağırılması nəzərdə tutulan bu tədbirə verdiyi üçün ona Minsk konfransı deyilir.

Konfransa hazırlıq məqsədi ilə İtaliya­nın xarici işlər naziri, professor Mario Rafaelliyə sədr mandatı verildi. 1992-ci il mayın 1-də ATƏM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin Hel­sin­ki­də keçirilən 10-cu iclasında Dağlıq Qarabağa dair konfransın təşkili, iclasların keçirilmə şərt­ləri, sədrin səla­hiy­yətləri və s. haqqında qərar qəbul edildi. Qərara əsasən Minsk qrupunun əsas vəzifəsi mü­naqişənin nizamlanması istiqamətində fəaliyyət göstərmək, Minsk şəhərində konfran­sa üzv olan dövlətləri toplamaq və yekun sənəd qəbul etmək idi. Mayın 7-də Mario Rafaelli başda olmaqla ATƏM nümayəndə heyəti regiona səfər edərək hesabat hazırladı.

Bu zaman İran prezidenti Haşimi Rəfsəncaninin vasitəçiliyi ilə mayın 7-də Yaqub Məm­mə­dov və Ermənistan Respublikasının prezidenti Levon Ter Petrosyan arasında keçirilən görüş nəticəsində atəşin dayandırılması, münaqişənin sülh yolu ilə həlli məsələlərini nəzərdə tutan Tehran bəyannaməsi imzalandı. Lakin bəyannamənin “mürəkkəbi qurumamış” Azərbaycan mə­dəniyyətinin beşiklərindən biri, əhalisi təqribən 50 min nəfər olan Şuşa şəhəri üzərinə erməni silahlı dəstələrinin şiddətli hücumu başlandı və mayın 8-də işğal edildi. Şəhərdəki tarix və mədəniyyət abidələri, kitabxanalar, klublar və məktəblər yerlə-yeksan edildi, qədim əlyazmalar yandırıldı. Şuşanın işğalı ilə Ermənistan bütün Dağlıq Qarabağın işğalını başa çatdırdı. Dağlıq Qarabağ regionundan bütün azərbaycanlılar qovularaq məcburi köçkünə çevrildilər.

Şuşanın işğalından sonra Azərbaycanda daxili ictimai-siyasi vəziyyət daha da gərginləşdi. Ayaz Mütəllibovun mayın 14-də yenidən hakimiyyətə qayıtmaq cəhdinin qarşısını alan Azər­bay­can Xalq Cəbhəsi mayın 15-də mövcud hakimiyyəti devirdi.

Yaranmış qarışıqlıqdan istifadə edən Ermənistan təcavüzünü daha da ge­nişləndirərək mayın 17-də Dağlıq Qarabağın inzibatı ərazisindən kənarda yerləşən, 123 ya­şa­yış məntəqəsi, 1835 kv. km ərazisi, 60 min nəfər əhalisi olan Laçın rayonunu işğal etdi. Laçının işğalından sonra Dağlıq Qarabağ regionu ilə Ermənistan arasında quru əlaqəsi quruldu.

Şuşa və Laçın rayonlarının işğalı Minsk konfransının keçirilməsində əngələ çevrildi. Ermənistanın təcavüzünün genişləndiyi bir şəraitdə, 1992-ci il iyunun 7-də Azərbaycan Xalq Cəbhəsinin rəhbəri Əbülfəz Elçibəy (Əliyev) prezident seçildi.

Romada Minsk konfransına hazırlıq üzrə fəaliyyət davam etdiyi bir zamanda Ermənistan Dağlıq Qarabağın ətrafındakı ərazilərinin işğa­lı­nı genişləndirirdi. Ermənistan silahlı qüvvələri Vardenis rayonu ərazisindən hücuma keçərək 1936 kv. km ərazisi və 150 yaşayış məntəqəsi olan Kəlbəcərin rayo­nu­nu 1993-cü il martın 27-dən aprelin 3-dək işğal etdi. Yüzlərlə adam əsir alındı və itkin düşdü. Rayonun 62 min əhalisi məcburi köçkünə çevrildi. Tarixi və memarlıq abi­də­ləri, klub və kitabxanalar, tarix-diyarşünaslıq muzeyi yerlə-yeksan edildi.

Azərbaycan Respublikası aprelin 1-də dünya ölkələrinin par­­la­mentlərinə, Avropa Parla­men­tinə, ATƏM və BMT-yə müraciət edərək təcavüzkara münasibət bildirilməsini xahiş etdi. Aprelin 6-da BMT Təhlükəsizlik Şurasının iclasında sədrin bəyanatı qəbul edildi. Bəyanatda Azərbaycan ilə Ermənistan arasında münasibətlərin pis­ləş­mə­sin­dən, Dağ­lıq Qarabağ müna­qi­şə­sin­də düşmənçilik hərəkətlərinin güclənməsindən, xüsusilə yerli er­mə­ni qüvvələrinin Azər­bay­can Respublikasının Kəlbəcər rayonuna müdaxiləsindən ciddi nara­hat­lıq ifadə olunur, sülh və bölgənin təhlükəsizliyi üçün qorxu törədən belə düşmənçilik hərə­kət­lərinin ha­mısına dərhal son qoymaq və bu qüvvələri oradan çıxarmaq tələb edilir, bölgə­dəki bütün dövlətlərin suverenliyini və ərazi bütövlüyünü, onların sərhədlərinin pozulmazlığı təsdiq edilir, ATƏM çərçivəsində sülh prosesinə tərəfdar çıxılır, Minsk konfransının tezliklə ça­ğı­rılmasına ümid ifadə edilir, mülki əhalinin iztirablarını azaltmaq üçün münaqişəyə cəlb olun­muş bütün rayonlara humanitar yardım göstərilməsi sahəsində beynəlxalq fəaliyyətin maneəsiz həyata keçirilməsi tövsiyə edilirdi.

Təhlükəsizlik Şurası sədrinin bəyanatında Kəlbəcərin işğa­lı­nın yerli erməni qüvvələrinin hərəkəti kimi qələmə verilməsi reallığı əks etdirmirdi. Çünki Dağ­lıq Qarabağın erməni icmasının Azərbaycan ərazilərini işğal etmək gü­cündə olan ordu qurmaq üçün kifayət qədər insan qüvvəsi, iqtisadi-maliyyə gücü, hərbi-sənaye kompleksi yox idi.

Aprelin 11-də Azərbaycan Respublikası yenidən BMT-yə müraciət edərək Er­mə­nis­tanın təcavüzü nəticəsində Azərbaycanın ərazi bütövlüyünün pozulmasını yeni dünya qay­da­sı­na təhdid kimi qiymətləndirdi və təcavüzün davam etməsinin qarşısının alınması üçün tədbirlərin həyata keçirilməsini xahiş etdi. Məsələyə dair aprelin 14-də BMT baş katibi məruzəsini təqdim etdi. BMT Təhlükəsizlik Şurası 1993-cü il aprelin 30-da Azərbaycanın Kəl­bə­cər rayonundan və digər işğal olunmuş ərazilərindən bütün işğalçı qüvvələrin dərhal çıxa­rıl­masını tələb edən 822 saylı qətnaməsini qəbul etdi. Təhlükəsizlik Şurası Er­mə­nistan ilə Azər­baycan arasında münasi­bət­lərin pisləşməsindən narahatlıq keçirdiyini bildirir, Kəlbəcər rayonuna yerli erməni qüvvə­lə­ri­nin son təcavüzündən, vəziyyətin bölgədə əmin-aman­lığı qorxu altına al­dı­ğın­dan narahat olaraq, çoxlu sayda mülki şəxslərin yerdəyişməsi və bölgədə, o cümlədən Kəl­bəcər rayonunda yaranmış fövqəladə vəziyyətlə bağlı ciddi narahatlıq ifadə edirdi. Təhlü­kə­siz­lik Şurası bölgədəki bütün dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hör­mə­tini, bey­nəl­xalq sərhədlərin toxunulmaz­lı­ğı­nı və ərazi əldə etmək üçün qüvvə tətbiq etməyin yol­ve­ril­məzliyini bir daha təsdiq edirdi. ATƏM çərçivəsində həyata keçirilən sülh prosesi dəstəklənir, atəşin biryolluq dayandırılması məqsədi ilə bütün hərbi əməliyyatların və düş­mən­çilik hərə­kət­lə­ri­nin dərhal da­yan­dırılması, eləcə də bütün işğalçı qüvvələrin Kəlbəcər ra­yo­nun­dan və Azərbay­ca­nın son vaxtlar işğal edilmiş başqa rayonlardan dərhal çıxarılmasını tələb edilirdi. Bu işdə maraqlı olan tərəflər ATƏM-in Minsk qrupunun sülh pro­sesi çərçivəsində həll etmək məqsədilə dərhal danışıqları bərpa etməyə və prob­lemin dinc yolla həllini çətinləşdirə biləcək hər cür fəaliyyətdən imtina etməyə israrla dəvət edilirdi. BMT Təh­lükəsizlik Şurası bölgədə, o cümlədən münaqişənin əhatə etdiyi bütün rayon­lar­da mülki əhalinin iztirablarını yüngülləş­dir­mək üçün humanitar yardım göstərilməsi sahəsində beynəlxalq fəa­liy­yə­tin maneəsiz həyata ke­çi­ril­məsini təmin etməyə çağırırdı. Eyni zamanda BMT baş katibindən ATƏM sədri, habelə Minsk qrupunun sədri ilə məsləhətləşmələr keçirib bölgədəki, o cümlədən Azərbaycanın Kəlbə­cər rayonundakı vəziyyətə qiymət verməyi və Təhlükəsizlik Şurasına yeni məruzə təqdim etməyi tövsiyə edirdi.

Qətnamə qəbul edildikdən bir neçə gün sonra, mayın 3-də ABŞ, Rusiya, Türkiyə sülh tə­şəb­büsü ilə çıxış edərək təkliflər planını işləyib hazırladılar. Cədvələ görə, qüvvələr martın 27-nə olan vəziyyətə gətirilməli, 60 günlük atəşkəs elan edilməli, müşahidəçilər Kəlbəcərdən er­mə­ni qoşunlarının çıxarılmasını təsdiq etməli, Minsk qrupunun məsləhətləşmələri davam et­di­ril­məli idi. Azərbaycan bu təkliflərlə razılaşdı. Ermənistan prezidenti Levon Ter Petrosyan isə mayın 26-da bəyanat verərək “Dağlıq Qarabağ əhalisi”nin təhlükəsizliyi və hüquqları üçün təminat is­tə­di, Azərbaycanın Dağlıq Qarabağ problemini hərbi yolla həll etməyə yönələn siyasətindən imtina etdiyinə tam əmin olmadığını” bildirdi.

ATƏM təmsilçiləri Romada görüşərək münaqişənin həlli üçün təcili bir sənəd hazırlayaraq tə­rəflərə göndərdilər. Buna görə, Ermənistan silahlı qüvvələri iyunun 15-dən etibarən Kəlbəcəri bo­şaltmağa başlamalı və iyunun 20-də bunu başa çatdırmalı, bölgəyə 50 nəfər ATƏM müşa­hi­də­çi­si gəlməli, avqustun 7-dən gec olmayaraq Minsk konfransı öz işinə başlamalı idi. Azərbaycan bu planı qəbul etdi. Ermənistan isə bir ay vaxt istədi. Bu bir ay ərzində Azər­bay­can­da vəziyyət gər­­gin­ləş­di. Ərazilərin işğal edilməsi, hərbi-siyasi uğursuzluqlar böhran yaratdı. Belə ağır şə­ra­it­də gör­kəm­li siyasi və dövlət xadim Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Res­pub­li­kası Ali Sovetinin sədri seçildi.Bir müddət sonra Azərbaycan Res­pub­li­ka­sının prezi­den­ti Əbül­fəz Elçibəy Bakını tərk edərək doğulduğu Kələki kəndinə getdi. İyunun 25-də Azərbaycan parlamenti Heydər Əliyevə eyni zamanda Azərbaycan Respublikası pre­zi­den­ti­nin səlahiy­yət­lə­ri­ni verdi.

Er­mə­nis­tan BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsini və ATƏM-in Minsk qru­pu­nun Romada işləyib hazırladığı Təxirəsalınmaz tədbirlər cədvəlini yerinə yetirmədi. Ermə­nis­tan 1993-cü il iyulun 23-də təqribən 160 min nəfər əhalisi olan Ağdam rayo­nunu işğal etdi. Ağdamın işğalından dərhal sonra, iyulun 24-də Azərbaycan BMT Təhlükəsizlik Şurasının sədrinə müvafiq məktub gön­də­rərək təcavüzkarın dayandırılmasını istədi, Ermənistanın dünya birliyi qarşısında götürdüyü öh­də­lik­lə­ri yerinə yetir­mə­diyini diqqətə çatdırdı, təcili tədbirlərin həyata keçirilməsini, işğal edilmiş Azər­­­baycan ərazi­lə­rinin boşaldılması üçün təxirəsalınmaz tədbirlərin görülməsini tələb etdi. Təh­lü­kəsizlik Şurası iyulun 29-da Azər­bay­ca­nın əra­zi bütövlüyünü və suverenliyini tanıyan, Ağdam rayonu və digər işğal olunmuş ərazi­lə­rin­dən iş­­ğalçı qüvvələrin tam, dərhal və qeyd-şərtsiz çıxarıl­masını tələb edən 853 saylı qətnaməni qəbul etdi.

Ermənistan isə təcavüzünü genişləndirərək yeni-yeni ərazilərin işğalını davam etdir­di­yin­dən Azərbaycan tərəfi BMT Təhlükəsizlik Şurasının sədrinə 1993-cü il avqustun 18-də yenidən müraciət etdi. Bu müraciətə baxan BMT Təhlükəsizlik Şurasının adından onun sədri 1993-cü il avqustun 18-də keçirilən 3264-cü iclasda bəyanat verdi.Bəyanatda Er­mə­­nis­­tan ilə Azərbaycan arasında münasibətlərin pisləşməsindən narahatlıq ifadə edilir, Füzuli ra­yo­­nu istiqamətində hücumlar pislənilir, hərbi əməliyyatların dərhal dayandırılması, işğal edil­miş ərazilərin dərhal boşaldılması tələb edilirdi. Azərbaycan Respublikasının və regionun digər döv­lətlərinin suveren­liyi və ərazi bütövlüyü bir daha təsdiq edilir, Minsk qrupunun təqdim etdiyi BMT Təhlükəsizlik Şura­sının 822 və 853 saylı qətnamələrinin yerinə yetirilməsinə dair Tə­xi­rə­sa­­lınmaz tədbirlər cədvəlinin dəqiqləşdirilmiş variantına müsbət cavab verməyə, məsələnin sülh yo­lu ilə həllini poza biləcək hər hansı hərəkətdən, münaqişə bölgəsinə silah göndərməkdən çə­kin­mə­­­yə, Ermə­nis­tan Respublikasının hökumətini cəlb olunmuş qüvvələrin gələcəkdə hərbi əmə­liy­ya­­tı geniş­lən­dir­mək üçün vəsait almamalarını təmin etməyə, mülki əhalinin getdikcə artan iz­ti­rab­la­rı­nı yüngülləş­dirmək məqsədi ilə bölgəyə, münaqişədən zərər çəkmiş bütün zonalara bey­nəlxalq humanitar yardımın maneəsiz çatdırılmasını təmin etməyə dair çağırışlar edilir, bey­nəl­xalq hu­ma­nitar hüqu­qun prinsiplərinə və normalarına əməl etməyə borclu olduqları xatır­la­dı­lır­dı.

Qətnaməyə məhəl qoymayan Ermənistan 1993-cü il avqustun 20-23-də Füzuli və Cəbrayıl ra­­yonlarını işğal etdi. Füzulidən təxminən 114 min, Cəbrayıldan isə 52 min adam məcburi köç­kü­nə çevrildi. Azərbaycan tərəfi 1993-cü il avqustun 23 və 30-da Təhlükəsizlik Şurasının sədrinə müra­ci­ət­lər etdi. Bu müraciətlərə reaksiya verilməmiş Ermənistan silahlı qüvvələri sentyabrın 1-də 802 kv. km ərazisi, 95 yaşayış məntəqəsi, 30 min 300 nəfər əhalisi olan Qubadlını işğal etdi.

Azərbaycanın tələblərinə əsasən toplanan Təhlükəsizlik Şurası 1993-cü il oktyabrın 14-də ke­çirilən 3292-ci iclasında Ermənistan – Azərbaycan münaqişəsinə dair 874 saylı qətnaməni qəbul etdi. Təhlükəsizlik Şurası Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində və onun ətrafında münaqişənin davam etməsindən, Ermənistan ilə Azərbaycan arasındakı mü­na­si­bətlərdəki gərginliyin bölgədə sülh və təhlükəsizlik üçün qorxu yarada biləcəyindən ciddi narahatlıq keçirir, Azərbaycan Respublikasının və regiondakı bütün dövlətlərin suverenliyi və ərazi bütövlüyünü, beynəlxalq sərhədlərin toxunulmazlığını və ərazi əldə etmək üçün qüvvə tətbiq edilməsinin yolverilməzliyini bir daha təsdiq edir, çoxlu sayda mülki şəxslərin köçkün vəziyyətə düşməsindən narahatlıq ifadə edirdi. Təhlükəsizlik Şurası tərəfləri atəşkəsə əməl et­mə­yə çağırır, Minsk qrupunun səylərini dəstəkləyir, sentyabrın 28-də ATƏM-in Parisdə keçirilən görüşündə hazırlanan Təhlükəsizlik Şurasının 822 və 853 saylı qətnamələrinin həyata keçiril­mə­si­nə dair Təxirəsalınmaz tədbirlərin yeniləşdirilmiş cədvəlini bəyənir, tərəfləri həmin cədvəli qə­bul etməyə çağırır, ATƏM-in Minsk konfransını tezliklə keçirməyə, qüvvələri bu yaxınlarda işğal edilmiş ərazilərdən çıxmağa, kommunikasiya və nəqliyyat üçün olan bütün maneələri ara­dan qaldırmağa, regiondakı bütün dövlətləri münaqişənin genişlənməsinə, bölgədə sülh və təh­lü­kə­sizliyin pozulmasına səbəb ola biləcək hər hansı düşmənçilik hərəkətlərindən, buna hər hansı bir şəkildə qarışmaqdan və ya hərbi müdaxilədən çəkinməyə təkidlə çağırırdı.

Lakin Ermənistan bu qətnaməni də yerinə yetirmədi. Oktyabr ayının sonlarında ATƏM sədri, İsveçin xarici işlər naziri Marqareta af Uqlasın regi­o­na səfəri zamanı Ermənistan 707 kv.km ərazisi və 83 yaşayış məntəqəsi olan Zəngilan ra­yo­nu­nu işğal etdi. Bununla da Ermənistan Dağlıq Qarabağ regionunun ətraf rayonlarının işğalını başa çatdırdı.

Azərbaycanın tələbinə əsasən toplaşan Təhlükəsizlik Şurası 1993-cü il noyabrın 12-də 884 saylı qətnaməni qəbul etdi. Təhlükəsizlik Şurası Zəngilan rayonu və Horadiz qəsəbəsinin işğa­lı­­nı, mülki əhaliyə qarşı hücumu və Azərbaycan Respublikası ərazilərinin bombalanmasını pis­lə­di, işğalçı qüvvələrin birtərəfli qaydada çıxarıl­ma­sını və Azərbaycan Respublikasının ən son işğal olunmuş digər ərazilərindən işğalçı qüv­və­lə­rin çıxarılmasını tələb etdi. Azərbaycan Res­pub­likasının suverenliyi və ərazi bütövlüyünü, həmçinin beynəlxalq sərhədlərin pozulmazlığı və ərazi əldə etmək üçün güc tətbiq edilməsinin yolveril­məz­liyini bir daha təsdiq etdi, regionun bütün dövlətlərini münaqişənin böyüməsinə, regionda sülhü və təhlükəsizliyi poza biləcək hər hansı düşmənçilik aktından və müdaxilədən çəkinməyə çağırdı, baş katibdən və müvafiq bey­nəl­xalq qurumlardan zərər çəkmiş mülki əhaliyə, o cüm­lə­dən Zəngilan rayonunun, Horadiz şəhə­ri­nin və Azərbaycanın cənub sərhədlərinin əhalisinə təcili humanitar yardım göstərilməsini, qaçqınlara və məcburi köçkünlərə təhlükəyə məruz qalmadan evlərinə qayıtmasına kömək göstərilməsini xahiş etdi.

Hərbi əməliyyatların dayandırılması səyləri 1994-cü ildə də davam etdirildi. Mayın 4-5-də Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının təşəbbüsü ilə Qır­ğı­zıs­tanın pay­taxtı Bişkekdə Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair keçirilən görüşdə hazırlanmış protokola Dağlıq Qarabağın erməni icmasının nümayəndəsinə imza atmağa icazə verilsə də, azərbaycanlı əhalinin nümayəndəsinə bu imkan verilmədi. Buna görə də Azərbaycan tərəfi yekun protokoluna imza atmadı. Lakin sonradan müəyyən qeydlərlə Azər­bay­can tərəfi və Dağlıq Qarabağ regionunun azərbaycanlı icmasının nümayəndəsi sənədi imzaladı. Mayın 12-dən etibarən atəşkəs elan edildi. Beləliklə, “nə sülh, nə də müharibə” vəziyyəti yarandı.

Oktyabr ayının sonlarında Azərbaycana səfər edən BMT baş katibi Butros Butros Qali müna­qişənin tənzimlənməsində Rusiyanın təkbaşına rolunun artırılması cəhdlərinə qarşı çıxaraq çoxtərəfli sülh səylərini müdafiə etdi. Münaqişəyə dair BMT-nin münasibətinin və qəbul etdiyi qətnamələrin aşağıdakı dörd əsas prinsip üzərində qurulduğunu söylədi: Azərbaycan Respub­li­ka­sının ərazi bütövlüyü; sərhədlərinin toxunulmazlığı; ərazi zəbt etmək üçün güc tətbiq edil­mə­sinin yolverilməzliyi; işğal edilmiş bütün ərazilərdən qoşunların qeyd-şərtsiz və təcili çıxarıl­ma­sı. Butros Qalı münaqişənin həllinə dair təşəbbüslərin çox olmasının sülhün bərqərar edilməsinə çətinlik yaratdığını vurğuladı.

1994-cü il dekabrın 5-6-da ATƏM üzvü olan ölkələrin dövlət başçılarının Budapeştdə ke­çi­rilən zirvə toplantısında Dağlıq Qarabağ münaqişəsinə dair məsələ gündəliyə salındı. ABŞ prezidenti Bill Klinton, BMT baş katibi Butros Butros Qali və b. çıxış edərək çox­tərəfli sülh səylərini müdafiə etdilər. Heydər Əliyev etdiyi nitqində Azərbaycanın mövqeyini birmənalı bəyan etdi: sərhəd­lərin toxunul­maz­lığı; Azərbaycanın ərazi bütövlüyü; erməni silahlı dəstələrinin bütün işğal edilmiş ərazilərdən çı­xa­rıl­ması; məcburi köçkünlərin doğma yerlərinə qayıtması.

Zirvə görüşündə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT-in fəaliyyətinin fəallaşması adlı 5 bənddən ibarət qətnamə qəbul edildi. İştirakçı dövlətlər ATƏT rəhbərliyi altında ilk çoxmillətli sülh­mə­ram­lı kontingentin Dağlıq Qarabağ bölgəsinə göndərilməsi haqqında razılaşdılar; çağırılacaq Minsk konfransında həmsədrlik institutu təsis etdilər; atəşkəsin davamlı olmasına kömək etmək üçün dərhal addımlar atmağa və silahlı münaqişə bitdikdən sonra siyasi sazişin imzalanması üçün intensiv görüşlər keçirməyə razılaşdılar. Rusiyaya Minsk qrupunda həmsədrlik səlahiyyəti verildi. Budapeşt sammitində ATƏM ATƏT-ə çevrildi. Lakin regiona sülhməramlı qüvvələr yerləşdirilmədi.

Dağlıq Qarabağ münaqişəsi 1996-cı il dekabrın 2-3-də keçirilən ATƏT-in Lissabonda zirvə görüşündə də müzakirə edildi. Zirvə görüşünün yekun bəyannaməsinin 20-ci maddəsi müba­hi­sə­lə­rə səbəb oldu. Buna görə, Azər­bay­canın ərazi bütövlüyü tanınırdı. Ermənistan bu maddəyə konsensus ver­mədi. Cavab olaraq Azərbaycan bütün yekun sənədinə konsensus vermədi. Belə olduqda ABŞ-ın vitse-prezidenti Albert Qor çıxış edərək kompromis variant kimi 20-ci maddənin bu mahiy­yətini sənəddə deyil, ATƏT-in fəaliyyətdə olan sədrinin bəyanatına daxil etməyi təklif etdi. Azər­bay­can bu təkliflə razılaşdı. Nəticədə ATƏT sədri Flavio Kotti bəyanat verdi. ATƏT sədrinin bə­ya­na­tın­da münaqişənin həllinə dair aşağıdakı prinsiplərə razılıq ve­ri­lir­­di: Ermənistan Respublikasının və Azərbaycan Respublikasının ərazi bütövlüyü; Azər­bay­can tərki­bin­də Dağlıq Qarabağa ən yüksək dərəcəli özünüidarəetmə hüququ verən öz müqəd­də­ra­tını təyin etmək əsasında Dağlıq Qarabağın sazişlə müəyyən edilmiş hüquqi statusu, tənzimlənmə müd­dəa­la­rına bütün tərəflərin əməl etməsini təmin edən qarşılıqlı öhdəliklər daxil olmaqla Dağlıq Qarabağın və onun bütün əhalisinin təminatlı təhlükəsizliyi. Bəyanat zirvə görüşünün sənədlərinə daxil edildi.

1997-ci il iyunun 1-də həmsədrlər münaqişənin nizamlanmasına dair hərtərəfli saziş layi­hə­sini təqdim etdilər. İki hissədən ibarət olan paket həll tərəflərin bütün mü­ba­hi­səli məsə­lə­lə­rə dair ilkin ra­zı­lıq əldə etməsini, razılaşmanın qarşıdakı sülhün bütün prob­lem­lə­ri­ni və aspekt­lə­ri­ni əks etdirən paketdə toplanmasını və bu hərəkətlərin gələcəkdə gerçəkləş­di­rilməsini nəzərdə tuturdu. Buna əsasən silahlı münaqişə dayandırılmalı və Dağlıq Qarabağın statusuna dair razı­laş­ma əldə edil­məli idi. Azərbaycan tərəfinin sözügedən sənədlərin mahiyyəti ilə bağlı konstruktiv məs­lə­hət­ləşmələrə başlamağa hazır olmasına baxmayaraq, Ermənistan tərəfi təklif olunan yanaşmanı rədd etdi. Beləliklə, paket həll variantı qəbul edilmədi.

Həmsədrlər sentyabrın 19-23-də bölgəyə növbəti səfərləri zamanı münaqişənin mərhələli həllinə əsaslanan yeni təklifləri müzakirə etdilər. Bu təkliflər ilk mərhələdə 6 rayonun (Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) işğaldan azad olunmasını, ATƏT-in sülh­yaratma əməliyyatlarının başlanmasını, məcburi köçkünlərin azad olunmuş ərazilərə qayıt­ma­sını və münaqişə bölgəsində əsas kommunikasiya vasitələrinin bərpasını, ikinci mərhələdə Laçın və Şuşa məsələlərinin həllini, Dağlıq Qarabağın statusunun əsas prinsiplərinin qəbul olun­masını və ATƏT-in Minsk konfransı çağırılmasını nəzərdə tuturdu.

Oktyabrın 10-da Strasburqda Avropa Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının ikinci zirvə toplantısı çərçivəsində görüşən Heydər Əliyev və Levon Ter Petrosyan həmsədrlərin son təkliflərini bu qrup çərçivəsində danışıqların yenidən baş­lan­ması üçün ümid­ve­ri­ci əsas kimi qiymətləndirdilər.Levon Ter Petros­yanın fikrincə, Er­mə­nis­tan mövcud halda güclü olsa da, sonralar zəifləyəcək və möv­qe­lə­ri­ni itirəcəkdi. Bu mövqe Ermənistanda daxili si­ya­­si böhranı dərinləşdirdi. Təzyiqlər altında Levon Ter Petrosyan 1998-ci ilin fevral ayında iste­faya getdi. Mart ayında hakimiyyətə Dağlıq Qarabağda və ətrafında dinc azər­bay­canlı əhalinin məhvində ad çıxarmış Robert Koçar­yan gəldi.O, münaqişənin mərhələli həll təkliflərinə dair Ermənistanın əvvəlki razılığını geri götür­dü.Bakı ilə Xankəndi arasında birbaşa danışıqların aparılması tezisini irəli sürdü.

Bundan sonra həmsədrlər noyabrın 9-da ümu­mi dövlət konsepsiyasına əsaslanan təklif irəli sürdülər. Bu konsepsiyaya əsasən Dağlıq Qa­ra­bağ respublika formasında dövlət və ərazi va­hi­di statusu əldə etməli və Azərbaycanın bey­nəl­xalq səviyyədə tanınmış sərhədləri çər­çi­və­sin­də Azərbaycan ilə birlikdə ümumi dövlət təşkil etməli idi. Bu təkliflər Azərbaycanın suve­ren­liyinə və Lissabon zirvə görüşünün prinsiplərinə zidd olduğu, Ermənistanın təcavüzünü qanu­ni­ləş­dirdiyi, Azərbaycanı ərazisinin bir hissəsindən məh­rum etdiyi üçün Azərbaycan dövləti tərə­fin­dən noyabrın 19-da rədd edildi.

Münaqişənin həlli prosesinə təkan vermək üçün 1999-cu ilin aprel ayından etibarən Azər­baycan və Ermənistan prezidentləri arasında birbaşa görüşlər təşkil edildi. Bu ilin ərzində iki ölkə rəhbərinin Rusiya, ABŞ, Fransa, İsveçrə, Türkiyə, Ukrayna, Azərbaycanın Sədərək rayo­nun­da və s. keçirilən görüşləri nəticəsiz oldu. 2001-ci il martın 4-6-da Fransa prezidenti Jak Şira­kın təklifi ilə Parisdə Marini sarayında Azərbaycan və Ermənistan prezidentlərinin təkbətək və Fransa prezidentinin iştirakı ilə keçirilən üçtərəfli görüşü də nəticə vermədi.

Az sonra ABŞ hökuməti Azərbaycan və Ermənistan prezidentlərinin yeni görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış etdi. ABŞ Dövlət Departamentinin baxışına görə, bu görüş münaqişənin həlli potensialını artıra bilərdi. Aprelin 3-də ABŞ-ın Florida ştatının Ki Vest şəhərində Heydər Əliyev ilə Robert Koçaryan arasında keçirilən görüş nəticəsiz başa çatdı.

Minsk qrupu həmsədrlərinin 2002-ci ilin mart ayında bölgəyə səfərləri za­manı görüşlərin Azərbaycan və Ermənistan prezidentlərinin xüsusi nümayəndələri sə­viy­yə­sin­də davam etdi­ril­mə­si­ni təklif etdilər. Bu təklifə uyğun olaraq iyulun 29-30-da Praqa yaxınlığında ilk görüş keçirilsə də, nəticəsiz başa çatdı.

2003-cü ilin noyabrında Azərbaycan prezidenti seçilən İlham Əliyev də münaqişənin dinc siyasi vasitələrlə həl­li­nə üstünlük verdi. 2004-cü ildə Azərbaycan və Ermənistan xarici işlər na­zir­ləri arasında görüşlər baş­ladı. Aprelin 16-da Praqada Minsk qrupu həmsədrlərinin iştirakı ilə Azər­bay­can və Ermə­nis­tan xarici işlər nazirlərinin birinci görüşü keçirildi. Bu görüşlər danışıqlar pro­se­sinə təkan verdiyi üçün Praqa prosesi adlandırılır.

2005-2006-cı illərdə xarici işlər nazirləri və Jak Şirakın təşəbbüsü ilə Azərbaycan və Er­mə­nistan prezidentlərinin 2006-cı il fevralın 10-11-də Paris yaxınlığında Rambuyedə keçirilən görüşündə də münaqişənin həlli istiqamətində irəliləyişə nail olunmadı.

2007-ci il noyabrın 29-da İspaniyanın paytaxtı Madriddə ATƏT üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Azərbaycan, Ermənistan, Rusiya və Fransanın xarici işlər nazirləri, ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavininin iştirakı ilə keçirilən gö­rüş­də Minsk qrupu həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həllinin təməl prinsipləri üzrə kompromis variant təklif etdilər. Təklif edilən layihəyə görə, Azərbaycan və Ermənistan təh­lü­kə­siz­liyə və beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə zəmanət verməli; Er­mə­nis­tanın və Dağlıq Qarabağın silahlı qüvvələri Dağlıq Qarabağın ətrafından, Kəlbəcər və Laçın üçün xüsusi şərtlər olmaqla işğal edilmiş ərazilərdən çıxmalı, deportasiya olunmuş əhali doğma yaşa­yış yerlərinə qayıtmalı; bütün nəqliyyat və ticarət kommunikasiyaları açılmalı; Dağlıq Qarabağın müvəqqəti statusu müəyyənləşdirilməli; sonda isə səsvermə yolu ilə Dağlıq Qarabağın statusu müəyyən edilməli idi. Beləliklə, 2007-ci ilin sonlarından etibarən münaqişənin həlli isti­qa­mə­tin­də səylər Madrid prinsipləri əsasında aparılmağa başladı. 2008-ci il ərzində münaqişənin tənzimlənməsi üzrə aparılan danışıqlar çərçivəsində Ermə­nis­tan və Azərbaycan prezidentləri 2 dəfə, xarici işlər nazirləri isə Minsk qrupu həmsədrlərinin iştirakı ilə 5 dəfə görüş keçirilsə də nəticəsiz oldu.

2009-cu ildə ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə prezidentlər 6 dəfə, xarici işlər nazirləri 3 dəfə görüşdülər.2010-cu ildə keçirilən görüşlər də nəticəsiz qurtardı. Beləliklə, Ermənistan münaqişəni həll etmək üçün müzakirələri uzadaraq işğalı davam etdirdi.

Təcavüzün nəticələri və işğal olunmuş ərazilərdə vəziyyət

Azərbaycanın işğal edilmiş əraziləri terrorçu və cinayətkar qrupların hazırlanması üçün əlverişli bazadır. Ermənistan bu ərazilərdən narkotika və silah qaçaqmalçılığı məqsədləri ilə istifadə edir.

İşğalın Azərbaycan Respublikası üçün ağır nəticələri olmuşdur. Ölkə ərazisinin təxminən beşdə biri işğal edilmiş, Ermənistan ilə dövlət sərhədinin 70%-dən çoxu, İran İslam Respublikası ilə sərhədinin bir hissəsi Ermənistan silahlı qüvvələrinin nəzarəti altında düşmüşdür.

Azərbaycanın insan ehtiyatlarına ağır zərbə dəymişdir. 20 min nəfər həlak olmuş, 50 min nəfər yaralanmış və ya əlil olmuşdur. Təqribən 5 min nəfər itkin düşmüşdür. Minlərlə dinc azər­bay­canlı girov götürülmüşdür. Beynəlxalq konvensiyaları kobudcasına pozan Ermənistan hərbi əsir və girovlara qarşı amansız davranaraq xüsusi qəddarlıq həyata keçirmişdir.

Azərbaycanda qaçqın və məcburi köçkünlər yaranmışdır. Ermənistanda tarixi torpaqların­dan, Dağlıq Qarabağ regionundan və ətraf rayonlardan 1 milyon nəfər azərbaycanlı etnik tə­miz­lə­mə siyasəti nəticəsində qaçqın və məcburi köçkünə çevrilmişdir. Onların insan haqları, xü­su­sən ali hüququ olan yaşamaq hüququ Er­mə­nistan tərəfindən kobud surətdə pozulmuşdur.

Azərbaycan iqtisadiyyatına ciddi ziyan dəymişdir. İlkin məlumatlara görə, vurulan ziyanın miqdarı on milyardlarla ABŞ dollarıdır. İşğal edilmiş əra­zi­lər­də 871 yaşayış məntəqəsi, o cüm­lə­dən 11 şəhər, 12 qəsəbə, 848 kənd yandırılmışdır.

Azərbaycan sənayesinə böyük ziyan dəymişdir. İşğal edilmiş ərazilərdə 173 sənaye obyek­ti, 122 tikinti obyekti, 3225 ticarət obyekti qalmışdır. Minlərlə emal, kənd təsərrü­fa­tı və başqa tipli fabrik və zavod talan edilmişdir. Yüzlərlə kilometr uzunluğunda suvarma sis­tem­ləri, bölgə inf­ra­strukturu, o cümlədən minlərlə kilometr su və qaz kəməri, çoxlu sayda qaz paylama mən­tə­qəsi dağıdılmışdır.

Azərbaycan dəmiryolunun 140 km-lik sahəsi Ermənistanın işğalı altındadır. İşğal al­tın­dakı ərazilərdə 4498 km avtomobil yolu, 110 ədəd körpü qalmışdır.

Azərbaycanın kənd təsərrüfatına ağır zərbə endirilmişdir. Əkin sahələri yandırılmış, kənd təsərrüfatı kompleksləri dağıdılmışdır.

Ümumi sahəsi təqribən 9 mln. kv. m olan 113 min yaşayış tikilisi talan edilmişdir. 14 min­dən çox şəxsi avtomobil Ermənistana aparılmışdır.

Azərbaycanın sosial-mədəni həyatına və təhsil sisteminə ağır ziyan vurulmuşdur. İşğal zonasında 3472 sosial-mədəni obyekt, o cümlədən 315 səhiyyə obyekti, 799 məktəb, 288 uşaq bağ­çası, 787 klub, 880 kitabxana, 17 muzey, 3 teatr, 268 kino qurğusu, milyonlarla nüsxə fondu olan yüzlərlə kitabxana talan edilmiş, çoxlu sayda dəyərli qədim əlyazma yandırılmış, 100-dən çox arxeoloji abidə məhv edilmişdir. İşğal edilmiş rayonlarda 4 texnikum, 4680 yerlik 11 texniki-peşə məktəbi və 34 məktəbdənkənar müəssisə qalmışdır.

Azərbaycanın təbii sərvətləri talan edilmişdir. İşğal altında qalan 260 min hektar meşə sa­hə­sinin təqribən 20%-i qırılaraq Ermənistana daşınmışdır. İki dövlət qoruğu məhv edilmişdir. Əra­zinin faunası 50% azalmışdır. Zəngin faydalı qazıntılar olan yataqlar Ermənistanın işğalı altın­dadır. Kəlbəcərin Zod qızıl mədənləri talan edilir.

Blokadaya salınan Naxçıvanla yalnız hava yolu və İran ərazisindən keç­mək­lə əlaqə saxlamaq mümkündür. Naxçıvanın Kərki kəndi, Qazax rayonunun bir neçə kəndi Er­mə­nis­tanın işğalı altındadır. Ermə­nis­tan Azərbaycanın sərhəd rayonlarını daim atəş altında saxlayır. Terroru dövlət siyasətinə çe­vi­rən Ermənistan Azərbaycanın dinc əhalisi və mülki obyektlərinə qarşı 32 terror aktı törətmişdir.

Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində qanunsuz fəaliyyətlərini bir neçə isti­qa­mət­də davam etdirir. Belə fəaliyyətə digərləri ilə yanaşı, işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma, mülkiyyət hüquqlarının pozulması ilə müşayiət olunan iqtisadi fəaliyyətin davam etdirilməsi misaldır.

İşğal etdiyi ərazilərdə Ermənistanın qanunsuz fəaliyyətlərindən biri zorla məskun­laş­dır­madır. İşğal olunmuş ərazilərində bu fəaliyyətin uzağı hədəfə alan nəticələrindən ehtiyatlanan Azər­baycan Respublikasının təşəbbüsü ilə 2004-cü il noyabrın 23-də BMT Baş Məclisinin 59-cu sessiyası çərçivəsində “Azərbay­ca­nın işğal edilmiş ərazilərində vəziyyət” adlı əlavə 163-cü bənd müzakirə edildi. Qeyri-qanuni məskunlaşdırma və digər fəaliyyətləri araşdırmaq üçün işğal olun­muş ərazilərə Minsk qrupunun faktaraşdırıcı missiyası Azərbaycana səfər etdi. Faktaraş­dırıcı missiya çətin hava və ərazi şəraitinə baxmayaraq, 2005-ci il yanvarın 30-dan fevralın 5-dək Ağdam, Füzuli, Qubadlı, Cəbrayıl, Zəngilan, Kəlbəcər və Laçın rayonlarında oldu. Mis­si­ya­nın ha­zırladığı 36 səhifəlik məruzədə işğal edilən Azərbaycan ərazilərində erməni əhalisinin məs­kun­laşdırılmasına dair faktlar əksini tapmışdı. Məskunlaşdırılmış əhalinin sayı 15-16 min nəfər göstərilirdi. Laçında təxminən 8-12 min, Kəlbəcərdə 1500-2000, Ağdamda 1000, Zəngilanda 1000, Qubadlıda 1500, Füzulidə 10, Cəbrayılda 100 nəfər erməninin məskun­laş­dı­rılmışdı. Missiya yalnız gördüyü və hesabladığı əhalinin sayını göstərmişdi. Separatçı rejim əvvəlcədən müəy­yən tədbirlər görərək əhalinin bir qismini müvəqqəti olaraq müxtəlif bəhanələrlə missi­ya­nın aparılmadığı ərazilərdə yerləşdirmişdi.

Missiya hazırladığı məruzəni martın 17-də təşkilatın Vyanadakı Daimi Şuranın icla­sına təqdim etdi. Bunun nəticəsi kimi Minsk qrupu həmsədrlərinin Daimi Şuraya ünvanladığı mək­tubda regionun demoqrafik vəziyyətinin dəyişdirilməsinin qarşısının alınması üzrə tərəflərə tövsiyələr verilir, işğal altındakı ərazilərdə demoqrafik dəyişikliyin yolverilməzliyi qeyd və məskunlaşdırmanın dayandırılması tələb edilirdi.

Missiyanın səfəri faktının özü əhə­miy­yət­li idi. Hər şeydən əvvəl, Minsk qrupu yara­dıl­dıq­dan sonrakı dövr ərzində işğal olunmuş ərazi­lər­də vəziyyəti araşdırmaq üçün missiya ilk dəfə gön­dərilirdi. Missiya Azər­bay­can tərəfinin təqdim etdiyi və bölgədə vəziyyətin araşdırıl­ma­sın­dan əldə olunan ətraflı faktlara əsaslanaraq işğal olunmuş ərazilərdə məskunlaşdırma faktını təs­diq­ləyərək Azər­baycanın narahatlığına şərik oldu. Minsk qrupunun həmsədrləri bölgənin de­moq­rafik tərkibində dəyişiklik edilməsinin yolverilməzliyini vur­ğuladılar, müvafiq beynəlxalq təş­ki­lat­ları işğal olunmuş ərazilərdə yerləşdirilmiş əhalinin kö­çü­rülməsi və yurd-yuvalarından didər­gin salınmış insanların doğma yurdlarına qayıtmaları üçün lazımi tədbirlər görməyə çağırdılar.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi martın 25-də bəyanat verərək missiyanın fəa­liyyətini yüksək qiymətləndirərək BMT Baş katibindən, ATƏT sədrindən və Minsk konfran­sı­nın sədrindən yerlərdə vəziyyətin bütün aspektləri barədə BMT Təhlükəsizlik Şurasına məlu­mat vermək barədə xahiş etdi.

BMT Baş Məclisinin 2005-ci il 20 sentyabr tarixli iclasında 40-cı nömrə altında 60-cı sessi­yanın gündəliyinə “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” bəndi daxil edildi. Azərbaycanın işğal edilmiş ərazilərinin Ermənistan tərəfindən məskunlaşdırılmasını təsdiqləyən faktlar barədə materiallar (A/59/720-S/2005/132), işğal edilmiş ərazilərinə ATƏT-in faktaraşdırıcı mis­siyasının hesabatı və Azərbaycanın işğal edilmiş ərazilərinə Minsk qrupunun faktaraşdırıcı mis­siyası ilə bağlı Minsk qrupu həmsədrlərinin ATƏT-in Daimi Şurasına məktubu BMT-nin rəsmi sənədləri kimi yayıldı (A/59/747-S/2005/I87).

Azərbaycan 2006-cı il iyunun 22-də ATƏT Daimi Şurasının plenar iclasında işğal edilmiş əra­zilərdə ermənilərin törətdikləri yanğınlar məsələsini də qaldırdı, müvafiq bey­nəl­xalq təş­ki­lat­la­rın, həmçinin Ermənistan və Azərbaycan mütəxəssislərinin iştirakı ilə hərtə­rəf­li ekoloji əmə­liy­yatın keçirilməsi üçün ATƏT-ə müraciət etdi. Sentyabrın 7-də BMT Baş Məcli­si­nin plenar iclasında işğal olunmuş ərazi­lərdə baş vermiş kütləvi yanğın halları müzakirə edildi. “Azər­bay­canın işğal olunmuş ərazilərində vəziyyət” adlı (A/RES/60/285) qətnamə qəbul edildi.

2008-ci il martın 14-də BMT Baş Məclisinin 62-ci sessiyasında Azərbaycanın işğal olun­muş ərazilərində vəziyyətə dair A/RES/62/244 saylı qətnamə qəbul edildi. Baş Məclis Azərbaycan Respublikasının suverenliyini və beynəlxalq səviyyədə ta­nın­mış sərhədlərinin to­xu­nul­mazlığına dəstəyini bir daha təsdiq edərək, bütün erməni qoşun­la­rı­nın Azərbaycan Res­pub­li­ka­sının bütün işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdi, işğal olunmuş ərazilərdən qovulmuş əhalinin yurd-yuvalarına qayıtma hü­ququnu bir daha təs­diq­lə­di, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icma­la­rına Azərbaycan Respublikası tərkibində səmərəli demokratik özünüidarə sistemi yaratmağa im­kan verəcək normal, təhlükəsiz və bərabər əsaslarda yaşama şəraitinin tə­min edilməsinin zəruriliyini bildirdi, Azərbaycan Respublikasının ərazilərinin işğalı nəti­cə­sin­də yaranmış və­ziy­yəti heç bir döv­lətin qanuni hesab edə və işğal olunmuş ərazilərə heç bir dövlətin yardım göstərə bil­mə­yə­cəyini qeyd etdi.

2009-cu il martın 30-da BMT baş katibinin “Azərbaycanın işğal edilmiş ərazilərində və­ziy­yət” adlı məruzəsi qəbul edildi. Həmin ildə BMT Təhlükəsizlik Şurasında “Ermənistan Res­pub­likasının Azərbaycan Respublikasına qarşı təcavüzünün hüquqi nəticələri”, “Ermə­nis­ta­nın təftişçi iddiaları kontekstində dövlətlərin ərazi bü­­tövlüyü fundamental norması və öz mü­qəd­də­ratını təyin etmə hüququ” və “Azərbaycan əra­zi­lə­rinin hərbi işğalçısı kimi Ermənistanın beynəl­xalq hüquqi məsuliyyəti” adlı məruzələr rəsmi sənədlər kimi yayıldı.

Azərbaycanın ərazi bütövlüyü təmin edilməyənədək Cənubi Qafqazda sabitlik etibarı ola bilməz. Münaqişənin həllinin uzadılması regionu daha ağır nəticələri olan hadisələrə sürükləyir. “Nə sülh, nə də müharibə” şəraitinin davam etməsi Azərbaycanın demokratik inki­şa­fı, təh­lü­kə­siz­liyi, müstəqilliyi və inkişafına birbaşa təhdiddir, bütün Cənubi Qafqaz re­gi­onunda sabit­siz­li­yin əsas mənbəyidir. Ermənistanın təcavüzkarlığı regionun hərtərəfli siyasi, demokratik, sosial-iqti­sadi inkişafına, uzunmüddətli sabitliyinə və təhlükəsizliyinə, beynəlxalq və regional inteq­ra­si­ya­sına maneədir.

Azərbaycan Respublikası,
Şuşa Rayonu İcra Hakimiyyəti

Ünvan: AZ-1008, Bakı şəhəri,
N.Nərimanov rayonu,
G.Qədirbəyova küçəsi 9

Tel.: (+99412) 489-95-06
Faks: (+99412) 496-92-40

E-mail: shusharih@aztelekom.net
Bu layihə
Ermənistan silahlı
qüvvələri tərəfindən işğal
olunmuş Şuşa şəhərinə
həsr olunur
© 2012