İstedadlar beşiyi

Şuşanı  dünyaya tanıtdıranlar arasında  incəsənət xadimləri də vardır. “Əgər oxumursansa, deməli, şuşalı deyilsən” – məşhur rus şairi Sergey Yeseninin bu kəlamlarında böyük həqiqət var. Doğrudan da, bu diyarda hər ailədə oxumağı, musiqi alətlərində ifa etməyi bacaran adama rast gəlmək olardı və bu, şuşalılar üçün adi hal idi. Böyük rus musiqi tədqiqatçısı V.Vinoqradov yazırdı: “Şuşa musiqi istedadlarının beşiyi idi. Bu füsunkar təbiətli yerin xoş avazlı xanəndələri Zaqafqaziyadan kənarlarda da şöhrət qazanmışdır. Şuşa musiqiçiləri Azərbaycan musiqisinin tarixini yaratmış və onu yalnız öz vətənlərində deyil, həm də Şərqin başqa ölkələrində təmsil etmişlər.”. Bu şəhər on doqquzuncu əsrin sonu və iyirminci yüzilliyin əvvəllərində Qafqazın musiqi mərkəzinə çevrilmişdi. İstedadlı musiqi tədqiqatçısı Firudin Şuşinskinin təbirincə desək, “İtaliya vokal məktəbi musiqi tarixində hansı mövqeyi tutursa, Şuşa vokal məktəbi də Şərq musiqisi tarixində eyni mövqe tutur”.

“Zaqafqaziyanın konservatoriyası» adını qazanmış Şuşa şəhəri Mir Möhsün Nəvvabın, Xarrat Qulunun, Hacı Hüsünün, Sadıqcanın, Məşədi Isinin, Əbdülbağı Zülalovun, Cabbar Qaryağdıoğlunun, Keçəçi oğlu Məhəmmədin, Məşədi Məmməd Fərzəliyevin, Islam Abdullayevin, Seyid Şuşinskinin, Bülbülün, Zülfi Adıgözəlovun, Xan Şuşinskinin, Məşədi Cəmil Əmirovun, Qurban Pirimovun, bəstəkarlardan Üzeyir Hacıbəyovun, Zülfüqar Hacıbəyovun, Fikrət Əmirovun, Niyazinin, Əfrasiyab Bədəlbəylinin, Soltan Hacıbəyovun, Əşrəf Abbasovun, Süleyman Ələsgərovun, müğənni Rəşid Behdudovun və s.

Azərbaycan Respublikası,
Şuşa Rayonu İcra Hakimiyyəti

Ünvan: AZ-1008, Bakı şəhəri,
N.Nərimanov rayonu,
G.Qədirbəyova küçəsi 9

Tel.: (+99412) 489-95-06
Faks: (+99412) 496-92-40

E-mail: shusharih@aztelekom.net
Bu layihə
Ermənistan silahlı
qüvvələri tərəfindən işğal
olunmuş Şuşa şəhərinə
həsr olunur
© 2012