Şuşa rayonunun ərazisi və təbii sərvətləri, tarixi və memarlıq abidələri

Şuşa rayonunun ərazisi 289 km2, əhalisinin sayı 29.021 nəfər idi. Rayonun inzibati mərkəzi Şuşa şəhəridir. Şuşa rayonunda 1 şəhər, 1 qəsəbə (Turşsu), 37 kənd vardı. Kəndləri bunlardır:

Daşaltı, Göytala, Xanalı, Həsənabad, İmamqulular, Xəlfəli, Armudlu, Dükanlar, Qarabulaq, Laçınlar, Mirzələr, Şüşülü, Zamanpəyəsi, Böyük Qaladərəsi, Kiçik Qaladərəsi, Qaybalı, Xudaverdilər, Nağılar, Yuxarı Quşçular, Aşağı Quşçular, Malıbəyli, Sarıbaba, Onverst, Səfixanlar, Allahqulular, Həsənqulular, Xanlıqpəyə, Şırlan, Ağbulaq, Cəmillər, Çaykənd, İmanlar, Məmişlər, Paşalar, Turabxan, Zarıslı, Nəbilər.

Şəhərin ərazisi dağlıqdır. Ən yüksək zirvəsi Böyük Kirs dağıdır (2725 metr). Keçəldağ aşırımı da rayon ərazisindədir. Rayonda əsasən, Yura və Təbaşir çöküntüləri yayılmışdır. Müxtəlif növ tikinti materialları yataqları və mineral su bulaqları (Turşsu, Şırlan) var. Dünyada ən uzun mineral su kəmərinin – otuz iki kilometrlik məsafədən Narzan tipli Şırlan turşsuyunun birbaşa şəhərə çəkilməsi Şuşanın kurort şöhrətini daha uzaqlara yaymışdı. Şuşa sanatoriyasının k əhəmiyyəti artmıış, onu dağ-iqlim müalicəxanası səviyyəsindən çıxararaq balneoloji kurorta çevirmişdi.

Ərazisinin əksər hissəsi qışı quraq keçən mülayim isti və soyuq iqlim tiplərinə aiddir. Orta temperatur yanvarda -4C0-dən -1 C0-ə qədər, iyulda isə nisbətən 16-19 C0, illik yağıntının miqdarı  700-800 mm olur.

Rayon ərazisindən Qarqar çayı axır. Torpaqları əsasən, qəhvəyi dağ-meşə, gilli dağ-çəməndir və kserofil kolluqlar mövcuddur.

Daşaltı Dövlət Təbiət Qoruğu Şuşa və Əsgəran rayonları ərazisində nadir təbiət komplekslərini qorumaq üçün 1988-ci ildə təşkil edilmişdir. 400 hektar ərazini əhatə edirdi.

Şuşa rayonunun yeraltı su ehtiyatlarını öyrənmək məqsədilə 1984-1986-cı illərdə burada aparılmış kompleks hidrogeoloji tədqiqatlar nəticəsində üst və orta sulu komplekslərin altı perspektiv sahə üzrə yeraltı su ehtiyatları qiymətləndirilmişdir.

Tarixi və memarlıq abidələri

Şuşa şəhərinin ərazisi qədim abidələrlə zəngin idi. Ümumiyyətlə, şəhərdə 549 qədim bina, ümumi uzunluğu 1203 metr olan daş döşənmiş küçələr, 17 məhəllə bulağı, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, 2 qəsr və qala divarları mövcud idi. O cümlədən, 72 mühüm sənət və tarixi abidələri, dövlət xadimlərinin və başqa tanınmış şəxslərin evləri olmuşdu. Bu abidələrin çoxu XIX əsrdə yaşamış memar Kərbəlayı Səfixan Qarabağı tərəfindən tikilmiş və həmin dövrün ən məşhur nəqqaşı Kərbəlayi Səfərəli tərəfindən bəzədilmişdir.

Ötən əsrin yetmişinci illərində Azərbaycan hökuməti iki tarixi qərar qəbul etmişdi. Həmin qərarların yerinə yetirilməsi Şuşanın sosial və mədəni inkişafında böyük əhəmiyyət kəsb etmişdir. Şəhərdə yeni sənət ocaqları yaradılmış, bərpa, tikinti və yaşıllaşdırma işlərində yüksək nailiyyətlər qazanılmışdır. Bir sözlə, hər ötən il şəhərdə dərin iz qoymuşdu. Tarixi-memarlıq və şəhərsalma abidəsinin yüksək bədii əhəmiyyəti nəzərə alınaraq 1977-ci ildə Şuşa tarixi-memarlıq qoruğuna çevrilmişdi.

Şuşanın memarlıq inciləri:

  • Qala divarı (uzunluğu 8 km)
  • Qala Divarları üzərində tikilmiş bürclər (17 ədəd)
  • 17 qədim üslübda salınmış məhəllə
  • 17 məscid
  • 17 bulaq
  • 17 hamam
  • Meydan bulağı
  • İsa bulağı
  • Saxsı bulaq
  • Turşsu Qalereyası
  • Karvansaray (4 ədəd)
  • Şahlıq körpüsü
  • Gəncə qapısı
  • Mirzə Həsən qəbiristanlığı
  • Şor bulaq
  • Mirfəseh qəbiristanlığı
  • Rasta bazar
  • Torpaq meydan
  • Zarıslıda Korun karvansarayı
  • Təzə məhəllədə körpü
  • Ü.Hacıbəyovun heykəli
  • Bülbülün büstü
  • H.Hacıbəyovun büstü
  • Cıdır düzü
  • Topxana meşəsi
  • Ağaböyük Xanımın bürcü
  • Malıbəylidə Qızlar məktəbi
  • Un dəyirmanı
  • Kəlba Şəhriyarın bağı
  • Mirfəseh bağı
  • “Həzrət Əli” kahası
  • “Qızıl qaya”
  • Səkili bulağı
  • Qotur bulağı
  • Şəmilin bağı
  • Hacıyevlərin armud bağı
  • Ağabəyim Ağanın qəsri
  • Bəhmən Mirzə Qacarın saray kompleksi
  • Bəhmən Mirzənin hərəmxanası
  • Bəhmən Mirzə Qacarın tikdirdiyi “Bab” hamamı
  • Qacarların məqbərə kompleksi
  • Qulam Şahın malikanəsi
  • Əsəd bəyin malikanəsi
  • Mamay bəyin malikanəsi
  • Şeytana bazar
  • Əfsanəvi Leyli qalası
  • Çuxur məhəllədə 2 minarəli “Şəfa ocağı
  • Məhəmməd Həsən Ağanın imarəti
  • Qarabağ xanlığının Divan kompleksi
  • “Həzrət Abbas Şəfa ocağı
  • Dəlik-daş pilləkan kompleksi
  • Qarabaş Qazisinin mülkü
  • Şuşa Ovdan bulağı
  • Vaqif poeziya evi
  • M.P.Vaqifin məqbərəsi
  • M.P.Vaqifin müəllimlik etdiyi bina
  • M.P.Vaqifin büstü
  • M.P.Vaqifin evi
  • Xan qızı Xurşud Banu Natəvanın sarayı
  • Xan qızı Xurşud Banu Natəvanın bulaq kompleksi
  • X.B.Natəvanın büstü
  • X.B.Natəvanın tikdirdiyi “Qarama”
  • X.B.Natəvanın tikdirdiyi həbsxana
  • Aşağı Gövhər Ağa Məscidi
  • Yuxarı Gövhər Ağa Məscidi
  • Malıbəyli Məscidi
  • Qaybalı Məscidi
  • Şırlan məscidi
  • Alban kilsəsi
  • Rus kilsəsi
  • Hacı Qulamın mülkü
  • M.M.Nəvvabın mülkü
  • M.M.Nəvvabın abidə kompleksi
  • Nəcəfqulu Ağanın mülkü
  • Ağa-Əbdürrəhim Ağanın evi
  • Hacı Bəşirin mülkü
  • Cabbar Qaryağdı oğlunun mülkü
  • Mirzə Hüseynin mülkü
  • Mirəlibəyin mülkü
  • Seyid Məcidin mülkü
  • Kəlba Şirinin mülkü
  • Öpənnik Qara Zeynalın mülkü
  • Fərzalı bəyin mülkü
  • Allahverənli Kəlba Şirinin mülkü
  • Çuxur məhəllədə Kal Həsənin evi
  • Təzə məhəllədə Xayatlılar Mehdinin evi
  • Çuxur məhəllədə Kürd uşağının evi
  • Məşədi Qəhrəmanın mülkü
  • Quyruq məhəlləsində Məşədi Teymurun evi
  • Mehmandarovun ev kompleksi
  • Zöhrabbəyovların evi
  • İbrahim xanın mülkü
  • Sadıqcanın qəsri
  • 94.Uluq bəyin evi
  • Quyruq məhəlləsində Sadıq bəyin mülkü
  • Cəlal bəyin evi
  • Nəcəf bəy Vəzirovun mülkü
  • Virudin bəy Köçərlinin mülkü
  • Süleyman Sani Axundovun mülkü
  • İsmayıl bəyin evi
  • Məşədi Şirinin mülkü
  • Gəraf Əsgərovun mülkü
  • Ağamirovların mülkü
  • Hüsü Hacıyevin mülkü
  • Hüsü Hacıyevin büstü
  • Kəlba Hüseynin evi
  • Yusif Vəzir Çəmənzəmənlinin mülkü
  • Mir Həsən Vəzirovun mülkü
  • Qaraşovların mülkü
  • Hüseyn Qayıbovun mülkü
  • Q.B.Zakirin yaşadığı ev
  • Q.B.Zakirin qəbirüstü abidəsi
  • Hacı Dadaşın mülkü
  • Əbdülrəhim bəy Haqverdiyevin evi
  • Hacı Şükürün imarəti
  • Qədimovların mülkü
  • Ü.Hacıbəyovun ev muzeyi
  • Bülbülün ev muzeyi
  • Xalça muzeyi
  • Rəsm Qalereyası
  • Tarix Diyarşünaslıq muzeyi
  • Qarabağ Dövlət tarixi muzeyi
  • Azərbaycanda ilk “realnı uçiliş“in binası
  • Yaşıl aptek
  • Mədəniyyət evi
  • Külli miqdarda gümüş və mis qablar
  • İbrahim Xəlil xanın 1801-ci ildə tikdirdiyi mədrəsə kompleksi (Gövhər Ağanın məscdinin həyətində)
  • Qarabağ xanlığının vəziri Mirzə Cəmal bəy Cavanşirin və onun ailəsinin məqbərə kompleksi
  • Daş kitabələr
Azərbaycan Respublikası,
Şuşa Rayonu İcra Hakimiyyəti

Ünvan: AZ-1008, Bakı şəhəri,
N.Nərimanov rayonu,
G.Qədirbəyova küçəsi 9

Tel.: (+99412) 489-95-06
Faks: (+99412) 496-92-40

E-mail: shusharih@aztelekom.net
Bu layihə
Ermənistan silahlı
qüvvələri tərəfindən işğal
olunmuş Şuşa şəhərinə
həsr olunur
© 2012